Raymond Odierno

ABŞ İŞİD-lə mübarizə aparmaq üçün İraqa ordu yeridə bilər

25
(Yenilənib 13:02 13.08.2015)
ABŞ Quru Qüvvələrinin Qərargah rəisi Reymond Odierno rəsmi Bağdadın yaxın aylarda İŞİD-lə mübarizədə uğur əldə edə bilməyəcəyi halda, İraqa ABŞ qoşunlarının yeridilməsi məsələsini nəzərdən keçirməyi təklif edib.

BAKI, 13 avq – Sputnik. ABŞ Quru Qüvvələrinin Qərargah rəisi Reymond Odierno rəsmi Bağdadın yaxın aylarda İŞİD-lə mübarizədə uğur əldə edə bilməyəcəyi halda, İraqa ABŞ qoşunlarının yeridilməsi məsələsini nəzərdən keçirməyi təklif edib.

Sputnik BBC-yə istinadən xəbər verir ki, R. Odierno ABŞ ordusunun İŞİD-ə qarşı döyüşlərdə əsas deyil, köməkçi qüvvə qismində iştirakının mümkün olduğunu bildirib.

60 yaşlı general 2008-ci ildən 2010-cu ilədək İraqda beynəlxalq koalisiya qüvvələrinə rəhbərlik edib.

Hazırda İraqda olan 4500 amerikalı hərbçi yerli hərbçilərə təlim keçir.

25
Teqlər:
ABŞ ordusu, ABŞ Quru Qüvvələrinin Qərargah rəisi, İŞİD terror qruplaşması, İŞİD, Reymond Odierno, Bağdad, İraq