Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib

Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib

635
(Yenilənib 12:22 13.08.2015)
Qəbristanlıq Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən Şahtaxtı arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatlar zamanı aşkar edilib.

BAKI, 13 avq-Sputnik. Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib.

Bu barədə Sputnik-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev bildirib.

Onun sözlərinə görə, qəbristanlıq Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən Şahtaxtı arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatlar zamanı aşkar edilib. Belə ki, burada aparılan qazıntılar zamanı 2014-cü ildə labirint tipli unikal e.ə. III minilliyə, tunc dövrünə aid qəbir abidə tapılıb.

Arxeoloq bildirib ki, Azərbaycanda arxeoloji qazıntılar zamanı bu tip abidə ilk dəfə idi aşkar edilirdi: “Məzarda birindən digərinə keçmək üçün qapılar olduğundan biz qəbir abidəyə labirint adını verdik. Düzdür o qəbirlərdə aparılan qazıntı zamanı sadəcə oradan e.ə üçüncü minilliyə aid bir küp tapa bildik”.

Ağayev əlavə edib ki, bu il aparılan qazıntılar zamanı maraqlı abidələrlə üzləşiblər: "Qazıntılar zamanı daha bir neçə tunc dövrünə aid qəbir aşkar etmişik və onları açmağı planlaşdırırıq. Ümumiyyətlə, qazıntılar zamanı bəlli oldu ki, bura tunc dövründə böyük bir yaşayış məskəni olub. Elə bu yaşayış məskəninin 15 hektara yaxını isə qəbristanlıq olub.”

  • Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib
    Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib
    AMEA
  • Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib
    Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib
    AMEA
  • Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib
    Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib
    AMEA
1 / 3
AMEA
Azərbaycanda orta tunc dövrünə aid qəbristanlıq aşkar edilib

Şahtaxtı arxeoloji abidələr mərkəzinin bölgədə olan digər arxeoloji mərkəzlərdən fəqri barədə danışan Ağayev bildirib ki, Şahtaxtı arxeoloji abidələr kompleksi nəinki Azərbaycanda, Qafqazda, Yaxın Şərqdə, bəlkə də dünyada yeganə arxeoloji abidədir ki, burada eneolit dövründən bu günə kimi intensiv yaşayış olub: “Əhali 8 min il öncə, mis-daş dövründə bu ərazidə məskunlaşıb və bu gün də həmin ərazidə yaşayır. İntensiv yaşayış olduğundan abidədə bütün mədəni təbəqələr üst-üstə yerləşir. Builki qazıntıların son nəticəsi ərazinin stratoqrafiyasını dəqiqləşdirməyə imkan verdi. Yəni əldə olunan faktlar bizə Şahtaxtı yaşayış yerinin yaşının daha qədim dövrə — Eneolit dövrünə aid olmasını təsdiqlədi”.

Arxeoloq onu da əlavə edib ki, ərazi zəlzələnin episentri olan coğrafi bir məkan olsa da, bura intensiv yaşayış məkanı olub və zəlzələlərin olmasına baxmayaraq, insanlar buranı tərk etməyib və bugünə kimi də yaşayış davam edir.

Arxeoloqun sözlərinə görə, bütün regionda unikal abidə hesab olunan Şahtaxtı arxeoloji kompleksini qorumaq üçün ərazi açıq muzey elan olunmalıdır: “Qədim Şahtaxtı kəndi Azərbaycana böyük tarixi şəxsiyyətlər bəxş edib. Böyük İpək Yolunun kənarında, Azərbaycanla İran arasındakı sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən bu abidənin açıq muzey kimi nümayiş etdirilməsi çox vacibdir. Bura açıq muzey kimi fəaliyyət göstərsəydi, elmi baxımla yanaşı, turizm baxımından da böyük əhəmiyyət daşıyardı. Buranın açıq muzey kimi fəaliyyət göstərməsi eyni zamanda buranın sosial-iqtisadi durumuna da müsbət təsir göstərə bilər”.

Şahtaxtı arxeoloji kompleksində kəşfiyyat xarakterli ilk qazıntı işləri 1936-cı ildə aparılıb və abidənin son tunc, erkən dəmir dövrünə aid olması müəyyənləşdirilib. 1978-1987-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naxçıvan Elm Mərkəzi ilə birlikdə apardıqları arxeoloji qazıntılar abidənin daha qədim dövrlərə aid olmasını aşkar edib.

635
Teqlər:
Naxçıvanda orta tunc dövrünə aid qəbristanlıq, orta tunc dövrünə aid qəbristanlıq, Tunc dövrünə aid qəbristanlıq, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA, Milli Elmlər Akademiyası, Qəhrəman Ağayev, Naxçıvan, Azərbaycan
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm yoluxma rekord həddə çatdı

0
34 nəfər COVID-19-dan vəfat edib. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb.

Ümumi ölənlərin sayı 1194 nəfərdir. Ümumi yoluxanların sayı 98927 nəfər, ümumi sağalanların sayı 65734 nəfərdir.

0
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, COVID-19, epidemiya, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Ən böyük qazancımız qan tökülməsini dayandırmaq oldu"

0
(Yenilənib 17:15 24.11.2020)
Rusiya prezidenti ölkəsinin Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərdiyini bildirib.

BAKI, 24 noyabr — Sputnik. Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Dağlıq Qarabağda dostlarımız Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının həlak olmasına səbəb olan hərbi əməliyyatların dayandırılması üçün böyük səy göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Ən böyük qazancımız qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli razılaşması ilə atəşkəsi bərqərar etmək oldu", – deyə o bildirib.

0
Teqlər:
Vladimir Putin, Rusiya, Ermənistan, müharibə, Qarabağ, Dağlıq Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə