Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı

Ramiz Mehdiyevin Qarabağ tarixinə dair kitabı türk dilində nəşr olunub

125
(Yenilənib 20:49 12.08.2015)
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilmiş “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı Ankarada türk dilində çapdan çıxıb.

BAKI, 12 avq — Sputnik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilmiş “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı Ankarada türk dilində çapdan çıxıb.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, Türkiyənin “Berikan” yayım evi tərəfindən çap edilən kitabda münaqişənin yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın bu ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.

Nəşrdə Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövr əhatə edilir və regionun müasir dövrə qədər tarixindən bəhs olunur. Əsərin müəllifi ilk fəsillərdə erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.

Kitabda antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi göstərilir, erməni etnosunun bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi qeyd edilir. Müəllif sistemli şəkildə bir dövrdən digərinə keçərək Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi ərzində ermənilərin orada olmamasını diqqətə çatdırır. Qeyd olunur ki, yalnız XIX əsrin birinci yarısından demoqrafik vəziyyətdə dəyişikliklər baş verir. Nəticədə Qərbi Azərbaycanın bəzi mahallarında – indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlayır. Bildirilir ki, tarixi konyunktur ermənilərə azərbaycanlıların əzəli torpaqlarında öz dövlətçiliyini qurmağa imkan yaradıb. Ermənilər iki əsr ərzində avtoxton azərbaycanlı əhalini sıxışdıraraq bu ərazidən çıxarıb və monomilli ölkə yaratmaq üçün əllərindən gələni ediblər.

Müəllif həmçinin diqqəti XIX əsrin birinci yarısından başlayaraq ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəticəsində demoqrafik vəziyyətdə baş verən dəyişikliklərə cəlb edir. Həmin dövrdə Azərbaycanın Dağlıq Qarabağ və digər mahallarında, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasının imperiya siyasətinin nəticəsi olduğu diqqətə çatdırılır.

Kitabda, eyni zamanda, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Akademik Ramiz Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edib.

Nəşrin müəyyən fəsilləri münaqişənin hüquqi bazasına həsr edilir, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun həmsədri olan böyük dövlətlərin mövqeyində özünü büruzə verən ikili standartların danışıqlar prosesinin nəticəsiz qalmasına səbəb olduğu göstərilir.

Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağa dair fundamental elmi əsərin türk dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əsər qardaş Türkiyə oxucularında Qarabağ həqiqətləri haqqında məlumatlılığın artırılması baxımından mühüm rol oynamaqla yanaşı, tədqiqatçılar və tələbələr üçün dəyərli elmi mənbədir.

125
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

13
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

13
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Hərbi təyyarə qəzası

Ukraynada hərbi təyyarə qəzaya uğradı, xeyli ölən var - VİDEO

16
(Yenilənib 23:25 25.09.2020)
İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

BAKI, 25 sentyabr — Sputnik. Ukraynanın Xarkov vilayətində Ан-26 hərbi təyyarəsi qəzaya uğrayıb. Qəzada 22 nəfərin öldüyü, 2-nin sağ qaldığı bildirilir. 4 nəfərin taleyindən xəbər yoxdur. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Ukrayna Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 18-i kursant, beşi isə ekipaj üzvü olub.

​“Bu axşam Xarkov vilayətində Ukrayna SQ-yə məxsus Ан-26 təyyarəsi qəzaya uğrayıb. Təyyarə eniş zamanı qəzaya düşüb. Ekipaj üzvlərindən başqa, göyərtədə Ukrayna SQ Hərbi Hava Qüvvələrinin Xarkov Universitetinin kursantları da olub. Yaralı və həlak olanlar var, məlumat dəqiqləşdirilir”, - komandanlıq Facebook-da məlumat yayıb.  

Xarkov vilayət başçısı Aleksey Kuçer bildirib ki, qəzadan sağ çıxanlar da var.

İlkin məlumata görə, hadisə yerindən 2 nəfər xəstəxanaya aparılıb. “Onların bədənlərinin 90%-i yanmışdı”, - Tibbi Qəza Mərkəzinin direktoru Viktor Zabaşta deyib.  

​057.ua nəşri yazır ki, təyyarə təlim uçuşunda imiş.

Hadisə yerində xilasedicilər işləyirlər.

16
Teqlər:
ölüm, kursant, qəza, Ан-26 təyyarəsi, Ukrayna