Parkomat

Bakının 14 yerində şəxsi maşınla taksiçilik etmək qadağan edilib

84
(Yenilənib 12:18 12.08.2015)
Nəqliyyat Nazirliyi paytaxtın əhalinin sıx məskunlaşdığı ərazilərində vətəndaşların qeydiyyatdan keçmədən taksi fəaliyyətilə məşğul olmasını qadağan edib.

BAKI, 12 avq-Sputnik. Bakıda əhalinin sıx məskunlaşdığı ərazilərdə vətəndaşların taksi fəaliyyətilə məşğul olması qadağan edilib.

Sputnik xəbər verir ki, Nəqliyyat Nazirliyindən baku.ws-ə verilən məlumata görə, yeni qərara əsasən, paytaxtın 14 yerində vətəndaşlar şəxsi avtomobillərilə taksi xidməti göstərə bilməyəcəklər. Onlara insanların sıx olduğu ərazilərdə dayanmaq qadağan ediləcək.

Həmin ərazilərə ancaq "London taksi”ləri buraxılacaq. Yeni qərara görə, əsasən "Həzi Aslanov”, "Əhmədli”, "Neftçilər”, "Xalqlar dostluğu”, "Qara Qarayev, "Koroğlu”, "Gənclik”, "28 may”, "Xətai”, "İçərişəhər, "Sahil”, "Azadlıq Prospekti”, "20 yanvar” metrostansiyaların yaxınlığı və "Beşmərtəbə” kimi tanıdığımız ərazidə şəxsi avtomobillə taksi xidməti göstərənlərin dayanması qadağan edilib. 

Qurumdan həmçinin bildirilib ki, tədricən paytaxtda şəxsi avtomobillə taksi xidməti göstərənlər digər ərazilərdən də yığışdırılacaq. Taksi xidməti göstərmək istəyənlər yalnız müvafiq qurumlarda qeydiyyatdan keçəndən sonra fəaliyyət göstərə bilərlər. 

84
Teqlər:
taksi fəaliyyəti, parkomat, Nəqliyyat Nazirliyi, Beşmərtəbə, 20 yanvar metrosu, Azadlıq Prospekti metrosu, Sahil metrosu, İçərişəhər metrosu, Xətai metrosu, 28 may metrosu, Gənclik metrosu, Koroğlu metrosu, Qara Qarayev metrosu, Xalqlar Dostluğu metrosu, Neftçilər metrosu, Əhmədli metrosu, Həzi Aslanov metrosu, Azərbaycan, Bakı
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni
Donald Tramp, arxiv şəkli

"Qayıdacam" - Tramp Evdən necə getdi - VİDEO

2
Bu gün Donald Tramp Ağ Evi tərk edib. Ancaq KİV-də dolaşan "Tramp daha prezident olmayacaq" iddialarına rəğmən, o qayıdacağına söz verib. Prezidenti Sinatranın ifası ilə yola salıblar

BAKI, 20 yanvar - Sputnik. Ağ Evi tərk edən ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarına "bu və ya başqa formada" geri dönəcəyini söz verib. 

"Sizi sevirik. Bu və ya başqa formada qayıdacağıq... Qoy hər işiniz yaxşı olsun. Tezliklə görüşənədək", - Vaşinqtonu tərk edib Floridaya uçmazdan əvvəl "Endryus" aviabazasında toplaşmış qohumları və tərəfdarları qarşısında çıxış edən Tramp deyib. 

​O, vitse-prezident Mayk Pensə və Konqresə xüsusi minnətdarlıq edərək birlikdə yaxşı işlədiklərini vurğulayıb. 

Bundan sonra o, ailəsinin yanına qayıdıb, qızı Tiffanini qucaqlayıb, təyyarəyə doğru yönələrkən isə qayıdaraq Ağ Evin sabiq başçısı Mark Midousun əlini sıxıb və fəxri qarovulun müşayiəti ilə prezident təyyarəsinə minib. Təyyarə havaya qalxanda isə aviabazada Frenk Sinatranın ifasında "My Way" (Mənim yolum) mahnısı səsləndirilib.

2
Teqlər:
tərk etmək, Ağ Ev, Donald Tramp