Ərdoğan: Ölkəmizdəki sonuncu terrorçu məhv edilənə qədər vuruşacağıq

215
(Yenilənib 01:13 12.08.2015)
Türkiyə prezidenti: Türkiyəni çəkmək istədikləri təxribatın fərqindəyik. Bu tələyə heç vaxt düşməyəcəyik.

BAKI, 11 avq — Sputnik. Silahların susması deyil, silahların atılıb dəfn edilməsi lazımdır. Bunu israrla söyləyirəm. Terror təşkilatları ölkəmiz üçün hədə olmayana, dövlətimizə, millətimizə tuşlanan silahlar atılıb üzərinə beton tökülməyənə, sərhədlərimiz daxilində tək bir terrorçu qalmayana qədər mübarizəmizi davam etdirəcəyik.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş qərargah rəisi Necdət Özələ Dövlət Şərəf Medalını təqdimetmə mərasimindəki çıxışında deyib. 

"Prezidentliklə yanaşı həm də ali baş komandan vəzifəsini yerinə yetirirəm. Suruçdan sonra yeni bir terror dalğasına məruz qalmışıq. Suruçdakı terror aktlarında 33 nəfər həyatını itirdi. İŞİD zabitimizi şəhid etdi. Terror təşkilatları polislərimizi, əsgərlərimizi, rəsmi qurumlarımızı və mülki vətəndaşlarımızı hədəfə alan hücumlar təşkil ediblər. Təəssüf ki, hər gün ölkəmizin müxtəlif bölgələrindən ürəyimizi dağlayan və səbrimizi daşırdan xain və vicdansızcasına edilən hücumlarla bağlı xəbərlər alırıq. Dünən İstanbulda cənazə törəninə qatıldıq. Şırnaqda 4 əsgərimiz və bir polisimiz şəhid edildi. Terrorun məqsədini, hədəflərini, yaratmaq istədiyi xofu yaxşı başa düşürük. Türkiyəni çəkmək istədikləri təxribatın fərqindəyik. Bu tələyə heç vaxt düşməyəcəyik." — deyə Ərdoğan bildirib. 

 

 

215