ABŞ Türkiyə Suriya sərhəddində təhlükəsizlik zolağı yaradıblar

389
(Yenilənib 00:34 12.08.2015)
İŞİD və PKK qüvvələri təhlükəsizlik bölgəsinə girsələr, Türkiyə və ABŞ tərəfindən vurulacaqlar.

BAKI, 11 avq — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Feridun Sinirlioğlu, Suriya sərhəddində təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı Türkiyə və ABŞ arasında razılaşmanın əldə edildiyini bildirib. 

Sputnik Habertürk-ə istinadən xəbər verir ki, Sinirlioğlu, baş qərargah rəisi Necdət Özəllə bağlı təşkil olunan qəbulda verdiyi açıqlamada Suriya sərhəddi ilə bağlı önəmli məlumatlar verib.

Suriya sərhəddində təsbit edilən təhlükəsizlik bölgəsinə daxil olacaqları təqdirdə İŞİD və PKK qüvvələrinin həm Türkiyə, həm də ABŞ tərəfindən hədəfə alınacağını söyləyən Sinirlioğlu, Türkiyə Silahlı Qüvvələrinin desant qoşunlarının sözügedən bölgəyə çıxarılıb-çıxarılmayacağı barədə məlumat verməyib. XİN nümayəndəsi, təhlükəsizlik bölgəsinə Əsəd rejimi ilə vuruşan Azad Suriya Ordusunun əsgərlərinin yerləşdiriləcəyini qeyd edib.

Sinirlioğlu, Suriya sərhəddində yaradımasına qərar verilən təhlükəsizlik bölgəsinin məsafəsini də açıqlayıb. O, bölgənin ərazisinin şərq-qərb istiqamətində uzunluğunun 98 kilometr, eninin isə 45 kilometr olacağını bildirib.

"Washington Post” qəzeti isə Suriyadan Türkiyəyə qaçan iki milyonadək suriyalının təhlükəsizlik zolağında yerləşdiriləcəyi barədə məlumat yayıb. Bundan başqa, qeyd edib ki, uğur əldə ediləcəyi təqdirdə Suriya müxalifətinin silahlı birləşmələri prezident Bəşər Əsədə tabe olan hökumət qoşunları ilə mübarizədə müəyyən üstünlüklər əldə edə biləcəklər.    

389