“Ukrayna Hava Yolları” aviaşirkəti ləğv ediləcək

32
(Yenilənib 22:01 11.08.2015)
Bu qərarı Ukrayna İnfrastruktur Nazirliyi qəbul edib.

BAKI, 11 avq-Sputnik. “Ukrayna Hava Yolları” aviaşirkəti ləğv ediləcək. 

Azərtac Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu qərarı Ukrayna İnfrastruktur Nazirliyi qəbul edib. Artıq ləğvetmə komissiyası yaradılıb. Kreditorların tələbləri bu elanın dərc olunduğu vaxtdan etibarən iki ay ərzində qəbul ediləcək.

“Ukrayna Hava Yolları” 1993-cü ildə yaradılıb. Aviaşirkət uçuşları 2003–cü ildə dayandırıb.

Şirkətin 100 faiz səhmlərinin sahibi Ukrayna İnfrastruktur Nazirliyi simasında dövlətdir.

Artıq xəbər verildiyi kimi, “Aerosvit” aviaşirkəti müflisləşmiş elan edilib.

32