İçərişəhər metro stansiyası

"Sahil" "İçərişəhər" metrostansiyalarında hərəkəti bərpa edilib

25
(Yenilənib 21:56 11.08.2015)
"Bakı metropoliteni"ndə hərəkət 1 saat 20 dəqiqədən sonra bərpa olunub.

BAKI, 11 avq-Sputnik. "Sahil" və "İçərişəhər" metro stansiyalarında qatarların hərəkəti bərpa edilib. 

Bu barədə Sputnik-ə  "Bakı metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O, bildirib ki, bu gün saat 17:02-də Sahil metrostansiyasında su axınının çoxalması səbəbindən gərginlik çıxarılıb, qatarların hərəkəti dayandırılıb. 1 saat 20 dəqiqədən sonra isə hərəkət tam bərpa olunub."

Baş vermiş problemlə əlaqədar olaraq,  İçərişəhər stansiyası istiqamətində qatarların hərəkəti tam dayandırılmışdı. Dərnəgül stansiyası istiqamətində gedən qatarlar isə Nizami stansiyasına qədər hərəkət edirdi.

Nəsimi Paşayev daha əvvəl bildirmişdi ki, Sahil stansiyasında su axıntısında artım müşahidə olunub. Bu artımın qarşısını almaq üçün gərginlik çıxarılıb. Buna görə, 28 May İçərişəhər xətti istiqamətində qatarların hərəkəti dayandırılıb. Həzi Aslanovdan gələn qatarlar Nizami stansiyasında dalandan geri qaytarılır.

25