BAKI, 11 avq-Sputnik. İranın xarici işlər naziri Cavad Zərifin Türkiyəyə gözlənilən səfəri təxirə salındı.
Sputnik Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Cavad Zərif bu həftə Ankaraya səfər edəcəkdi. Səfər zamanı Suriya münaqişəsi və onun həlli yolları, birgə əməkdaşlıq, İŞİD-ə qarşı birgə mübarizə, ümumiyyətlə Yaxın və Orta Şərqdə yaranmış mürəkkəb siyasi durum, eyni zamanda Türkiyə-İran münasibətlərinin perspektivlərinin müzakirəsi gözlənilirdi.
Lakin səfər gözlənilmədən təxirə salınıb və səfər başqa vaxta keçirilib.
Türkiyənin Xarici İşlər Nazirliyi səfərin təxirə salınmasını təsdiqləsə də, səbəbini açıqlamayıb.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.
BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".
Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".