metro

Bakı metrosunda qatarların hərəkəti dayanıb

26
(Yenilənib 18:29 11.08.2015)
Sahil stansiyasında suyun artımı müşahidə edildiyindən, 28 May İçərişəhər xətti istiqamətində qatarların hərəkəti dayandırılıb, Həzi Aslanovdan gələn qatarlar isə Nizami stansiyasından geri qaytarılır.

BAKI, 11 avq – Sputnik. Bakı metropoliteninin fəaliyyətində problem yaranıb.

Hazırda İçərişəhər stansiyası istiqamətində qatarların hərəkəti tam dayanıb.

Dərnəgül stansiyası istiqamətində gedən qatarlar isə Nizami stansiyasına qədər hərəkət edir.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Sputnik-ə bildirib ki, Sahil stansiyasında su axıntısında artım müşahidə olunub. Bu artımın qarşısını almaq üçün gərginlik çıxarılıb. Buna görə, hazırda 28 May İçərişəhər xətti istiqamətində qatarların hərəkəti dayandırılıb. Həzi Aslanovdan gələn qatarlar Nizami stansiyasında dalandan geri qaytarılır.

Metropoliten rəsmisi bildirib ki, problem qısa müddətdə aradan qaldırılacaq.

26
Teqlər:
Metropoliten rəsmisi, metro, metroda qatarların hərəkəti, metroda problem, Bakı metropoliteni QSC, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, Bakı Metropoliteni, Nəsimi Paşayev, Azərbaycan