PKK

PKK Şırnakın "müstəqilliyini" elan edib

58
(Yenilənib 18:00 11.08.2015)
Salih Güvenc: Dövlətin heç bir strukturunu tanımırıq və dövlət tərəfindən təyin olunmuş heç bir məmurun göstərişi bizim üçün qanuni qüvvəyə malik deyil.

BAKI, 11 avq — Sputnik. PKK-ya yaxınlığı ilə tanınan Demokratik Bölgələr Partiyası Şırnak vilayətinin "müstəqilliyi"ni elan edib.

Sputnikin xəbərinə görə, sabiq HDP millət vəkili Əminə Aynanın sədrlik etdiyi partiya bəyan edib ki, artıq Şırnakda valilik, məhkəmə, prokurorluq, polis kimi qurumların legitimliyini tanımır və bu səbəbdən öz paralel strukturlarını yaradır.

PKK-nın siyasi qanadı həmçinin xalqın özünümüdafiəyə başlayacağını bəyan edib və üsyana hazırlıq əmri verib. Şırnak bələdiyyə başqanı Sərhat Kadırhan DBP-nin "müstəqillik" qərarını dəstəkləyən bəyanat yayıb.

Partiyanın Şırnak təşkilatının rəhbəri Salih Güvenc bildirib ki, dövlətin heç bir strukturunu tanımırlar və dövlət tərəfindən təyin olunmuş heç bir məmurun göstərişi onlar üçün qanuni qüvvəyə malik deyil.

58