BAKI, 11 avq-Sputnik. ABŞ-ın “Google” korporasiyası bütün xidmətlər üçün yeni “Alphabet” şirkətinin yaradıldığını elan edib. Şirkətin qurucusu Larri Peycin sözlərinə görə, korporasiyanın yeni strukturu brendləri idarə etmə üzrə mövcud sxemi sadələşdirəcək.
Sputnik BBC-yə istinadən xəbər verir ki, “YouTube” və “Android” kimi tanınmış brendlər də, həmçinin internet axtarış sistemi kimi tanınan “Google” brendi altında fəaliyyət göstərəcək. İnvestisiya və tədqiqat bölməsi “Alphabet” şirkətinin idarəsi altına keçəcək. Yeni plana əsasən, Larri Peyc “Alphabet” şirkətinin icraçı direktoru olacaq, Sundar Piçayi isə “Google”nin idarə sədri vəzifəsinə keçəcək. “Google”nin həmtəsisçisi Serqey Brin “Alphabet” şirkətinin prezidenti vəzifəsini icra edəcək.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
BAKI, 6 mart - Sputnik. Böyük Britaniya kraliçası II Elizabet daha özünün xüsusi təyyarələrindən istifadə edə bilməyəcək və bundan sonra Baş nazirin təyyarəsindən istifadə etməli olacaq.
APA xəbər verir ki, bu barədə “Mail Online” nəşri məlumat yayıb.
“1980-ci illərdən bəri kral ailəsinin istifadəsində olan təyyarələr gələn ildən etibarən Hərbi Hava Qüvvələrinin tərkibindən çıarılacaq və kraliça öz hökmranlığı dövründə ilk dəfə şəxsi təyyarəsiz qalacaq”, - deyə yazıb.
Qərarın müdafiə xərclərinin azaldılması səbəbindən verildiyi bildirilir.
Qeyd edək ki, kral ailəsi indiyədək dörd BAE-146 regional təyyarədən və AW-109 helikopterindən istifadə edib. Ancaq həmin helikopter bundan sonra da kraliçaya xidmət edəcək.