BAKI, 8 avq-Sputnik. İsveçrədə Alp dağlarında 1970-ci ildə itmiş 2 yapon alpinistin meyiti tapılıb.
APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, qalıqlar dəniz səviyyəsindən 2,8 km hündürlükdə Matterxorn dağlarının ətəyində aşkar edilib.
DNT testi onların 45 il əvvəl itkin düşmüş Miçio Oikava və Masayuki Kobayaşi olduğunu təsdiqləyib.
Qeyd olunur ki, qalıqlar alpinistlərin itkin düşdüyü ehtimal edilən ərazidən çox uzaqda tapılıb. Ekspertlərin fikrincə, onların ölüm səbəbi ekspedisiya ərazisində dağ buzlaqlarının aktiv əriməsi ilə olub.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.