Prezident NATO-nun Polşada gücləndiriləcəyinə and içdi

112
(Yenilənib 17:25 06.08.2015)
Polşa prezidenti Anjey Duda andiçmə mərasimində deyib ki, ölkənin xarici siyasətinə inqilab deyil, düzəlişlər lazımdır.

BAKI, 6 avq – Sputnik. Polşanın yeni seçilmiş prezidenti, Hüquq və Ədalət Partiyasının sədri Anjey Dudanın andiçmə mərasimi keçirilib.

Duda mərasimdə Polşanın təhlükəsizliyinin təmin olunması ilə bağlı zəmanət və NATO-nun ölkədə mövcudluğunun artırılmasının vacibliyini bildirib. Sputnik xəbər verir ki, Duda Polşa Seyminə və senatına müraciəti zamanı ölkənin xarici siyasətinə inqilab deyil, düzəlişlər lazım olduğunu deyib.

Prezident vergilərin və pensiya yaşının aşağı salınması ilə bağlı verdiyi vədlərə də əməl edəcəyini vurğulayıb.

Hüquq və Ədalət Partiyası özünü milli-mühafizəkar və katolik siyasi hərəkat olaraq xarakterizə edir. Əvvəllər Duda Polşanın Donbassdakı vəziyyətlə bağlı müzakirələrə qoşulması ilə bağlı çağırışlar edib.

Bu ilin mayın 11-də Polşa Mərkəzi Seçki Komissiyası Anjey Dudanın prezident seçkilərindəki qələbəsini elan edib. Duda kiçik fərqlə əsas rəqibi olan sabiq prezident Bronislav Komorovsini geridə qoyub.

 

 

112
Teqlər:
Hüquq və Ədalət Partiyasının sədri Anjey Duda, Polşa NATO, NATO Polşa, NATO, Polşa prezidenti Anjey Duda, Polşa prezidenti, Anjey Duda, Polşa