tank

Ordu Oyunları-2015-də tank aşıb

89
(Yenilənib 18:09 05.08.2015)
“Tank biatlonu-2015” oyunu çərçivəsində Küveyt ordusuna məxsus tank sürətlə hərəkət etməsi nəticəsində idarəetməni itirərək bir neçə dəfə aşıb.

BAKI, 5 avq-Sputnik. Ordu Oyunları-2015-də öz məharətini göstərməyə çıxan tank qəzaya uğrayıb. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, Beynəlxalq Ordu Oyunları zamanı Küveyt ordusuna məxsus tank sürətlə hərəkət etməsi nəticəsində idarəetməni itirərək  bir neçə dəfə aşıb.

Hadisə “Tank biatlonu-2015” oyunu çərçivəsində baş verib. Nəticədə T-72BZ dönmə əməliyyatını icra edə bilmədiyindən aşıb. Xoşbəxtlikdən qəza nəticəsində kimsə ciddi xəsarət almayıb. Tank isə təmirdən sonra  yarışlarda iştirak edə bilər.

Sputnik tankın qəzaya uğramasının videogörüntüsünü təqdim edir.

89
Teqlər:
T-72BZ tankı, T-72BZ, tank qəzası, Tank biatlonu-2015, Ordu Oyunları-2015, Rusiya
Qadın pəncərə yaxınlığında, arxiv şəkli

Bakıda daha bir intihar - özlərini eyni üsulla öldürdülər

4
(Yenilənib 19:24 26.01.2021)
Hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb

BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.

4
Teqlər:
qadın, Bakı, intihar
Aygün Kazımova

Rusiyanın məşhur müğənnisi Aygün Kazımovanı təbrik edib

2
(Yenilənib 18:51 26.01.2021)
Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb

 

BAKI, 26 yanvar — Sputnik. Rusiya şou-biznesinin kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və Rusiya pop musiqisinin ulduzu Filipp Kirkorov birlikdə dəfələrlə konsert və layihələrlə çıxış ediblər.

2
Teqlər:
təbrik, ad günü, Filipp Kirkorov, Aygün Kazımova