İran TV-ləri Azərbaycan efirində yayımlanacaq

361
(Yenilənib 16:17 05.08.2015)
Azərbayacan teleməkanında İran TV-lərinin yayınlanması üçün ilkin müzakirələr aparılıb.

BAKI, 5 avq — Sputnik. Azərbaycan teleməkanında İran TV-lərinin yayınlanması üçün ilkin müzakirələr aparılıb.

Strateq.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini İltimas Məmmədovla İranın Teleradio Təşkilatı sədrinin müasir texnologiya və media məsələləri üzrə müavini Mehdi Əxəvan Behabadi ilə görüşündə razılıq əldə olunub.

Bu görüşdə hər iki tərəf İranda və Azərbaycanda radio və televiziya kanalları tezliklərinin qəbul edilməsi və bəzi məsələlərin həlli barədə razılığa gəlib.

Görüş zamanı hər iki tərəf iki ölkə KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsi vacibliyini vurğulayıb.

İ. Məmmədov İran İslam Respublikası Teleradio Təşkilatının radio və televiziya təchizatlarının istehsalı və təmini sahəsindəki nailiyyətlərinə toxunaraq, bu təcrübələrdən istifadə edilməsini istəyib.

Qeyd edək ki, İran TV-lərinin bizim ölkədə yayımı məsələsi həmişə ağrılı və ciddi qalmaqallarla müşayət olunub. Müxtəlif siyasi problemlərin fonunda İran TV-lərinin Azərbaycana qarşı “efir müharibəsi” əks münasibət ilə müşayət olunub.

361
Teqlər:
Azərbaycan teleməkanı, İran kanalları Azərbaycanda, İran kanalları, İran kanalı, iran televiziyası, iran tvləri, İran tv, Mehdi Əxəvan Behabadi, İltimas Məmmədov, Azərbaycan
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

3
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

3
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

5
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

5
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar