Mövlud Çavuşoğlu

Rusiya Türkiyə XİN-i İŞİD-ə qarşı birgə mübarizəni müzakirə edib

105
(Yenilənib 15:38 05.08.2015)
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Suriya böhrandan çıxış yollarını arayıb.

BAKI, 5 avq-Sputnik. Ankara və Moskva Suriyadakı vəziyyəti və İŞİD-ə qarşı mübarizəni müzakirə edib.

Sputnik Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyasının XİN başçılarının toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə Suriyadakı son durum və bu böhrandan çıxış yolları, birgə əməkdaşlıq, eyni zamanda İŞİD-ə qarşı birgə effektiv mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə ilə Rusiya arasındakı əlaqələrin gələcək inkişaf perspektivləri, həmçinin 6-cı Rusiya-Türkiyə yüksəksəviyyəli əməkdaşlıq Şurasının toplantısının keçirilməsi ətrafında müzakirələr aparılıb.

 

 

105
Teqlər:
Rusiya xarici işlər naziri, Türkiyənin xarici işlər naziri, İŞİD terror qruplaşması, İŞİD, Sergey Lavrov, Mövlud Çavuşoğlu
Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)