Con Kerri Mövlud Çavuşoğlu

Türkiyə ABŞ İŞİD-ə qarşı birgə hərbi əməliyyatlara başlayacaq

82
(Yenilənib 17:21 05.08.2015)
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu: Artıq İncirliyə Amerikanın pilotsuz uçan aparatları və hərbi aviasiyası gətirilməkdədir. Biz tezliklə İŞİD-ə qarşı birgə kompleks hərbi əməliyyatlara başlayacağıq.

BAKI, 5 avq-Sputnik. Türkiyə yaxın günlərdə ABŞ-la birlikdə İŞİD-ə qarşı birgə genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq.

Sputnik xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində deyib.

“İndiki məqamda  genişmiqyaslı əməliyyatlara hazırlıq gedir. Bu istiqamətdə ABŞ-la  razılığa gəlinməsi üçün xeyli yol qət edilib, xüsusən də Hərbi Hava Qüvvələrinin “İncirlik” hərbi bazasından istifadə məsələsində. Artıq İncirliyə Amerikanın pilotsuz  uçan aparatları və hərbi aviasiyası gətirilməkdədir. Biz tezliklə İŞİD-ə qarşı birgə kompleks hərbi əməliyyatlara başlayacağıq”, — deyə Çavuşoğlu bildirib.

 

82
Teqlər:
ABŞ və Türkiyə, Türkiyə və ABŞ, Türkiyə ABŞ İŞİD-ə qarşı, ABŞ İŞİD-ə qarşı, Türkiyə İŞİD-ə qarşı, İŞİD terror qruplaşması, İŞİD, Mövlud Çavuşoğlu, Türkiyə
Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)