KATV1

Gələn aydan kabel televiziyasına baxmaq üçün daha çox pul ödəyəcəyik

736
(Yenilənib 16:04 05.08.2015)
Sentyabrın 1-dən KATV1 və Ailə TV tərəfindən təqdim olunan əsas paketin abunə haqqı 10 AZN təşkil edəcək. Şirkətlər bunu "kabel televiziyası xidmətlərinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması" ilə izah edirlər.

BAKI, 5 avq — Sputnik. Ailə TV kanallar paketi yenilənəcək.

“Caspian Telecom”un mətbuat xidmətindən verilən xəbərə görə, kabel televiziyası operatorlarında baza paketinə görə aylıq abunə haqqı 10 AZN tətbiq olunacaq: “Baza paketində tarif dəyişikliyinə səbəb ilk növbədə məzmunlu və daha keyfiyyətli televiziya yayımın təmin olunmasıdır. Belə ki, tarif dəyişikliyindən sonra rəqəmsal yayım baza paketində müxtəlif mövzuları əhatə edən ən baxımlı, əhali arasında yüksək tələbata malik telekanallar cəmləşəcək. Bundan əlavə, baza paketinə daxil olan müəyyən telekanallar bir neçə dildə yayımlanacaq”.

Ailə TV
Ailə TV

Məlumatda deyilir ki, kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir: “Bununla bağlı telekanalların yayımında vahid standartların işlənməsi, ən qabaqcıl texnologiyaların tətbiqi, kabel televiziyası operatorlarının əhatə dairəsinin genişləndirilməsi və digər texniki məsələlərin icrasına başlanılıb.

Tarif dəyişikliyi sentyabrın 1-dən qüvvəyə minəcək. Bu tarixədək abunəçilər hazırkı 9 AZN tarifinə uyğun olaraq kabel televiziyası xidmətlərindən istifadə edəcək.

Bu tarixdən KATV1 kabel televiziyası da paketlərin formalaşdırılmasına bəzi dəyişikliklər edəcək. Dəyişikliklər əsasən, abunəçilərə kanalların yayım dili seçimini və istəyə görə kanal seçimindən ibarət yayım paketini formalaşdırmaq imkanı verir.

Eyni zamanda, “HD” paketinin daha da zənginləşdirilməsinə şərait yaradılacaq. Əsas paketdə “əyləncəli”, “kinofilmlər” və “idman” formatlı populyar kanallar üstünlük təşkil edəcək. Yenilənmə abunəçilərə yeni kanalları rus, türk və ingilis dillərində izləmək imkanı da yaradacaq: “KATV1 kabel televiziyası yüksək keyfiyyətli yayımı təmin etmək üçün HD qəbuledicilərə (resiverlərə) və yeni nəsil “Smart Box”lara keçidi reallaşdırır. KATV 1-in internet xidmətinin istifadəçiləri bu “Smart Box”lar vasitəsi ilə şirkətin təqdim etdiyi kanalları 10 günlük arxiv ilə izləyə bilərlər”.

Dəyişikliklərlə bağlı olaraq sentyabrın 1-dən təqdim olunan əsas paketin abunə haqqı 10 AZN təşkil edəcək.

Qiymətlərin hər iki şirkət tərəfindən eyni vaxtda artırılması inhisarçılıq və bazarda qeyri-sağlam mühit barədə suallar doğurur.

736
Teqlər:
KATV1 Smart Box, Smart Box, KATV1 kanalları, Ailə TV kanalları, KATV1 kabel televiziyası, KATV1, Ailə TV
Генеральная прокуратура Азербайджанской Республики

Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb

7
(Yenilənib 11:20 21.10.2020)
Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

BAKI, 21 oktyabr - Sputnik. Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Emin Şəkinski, arxiv şəkli

General Emin Şəkinski vəfat etdi

7
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

BAKI, 21 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, general - mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

7