Qəbələdə III Beynəlxalq mürəbbə festivalı

Qəbələdə III Beynəlxalq mürəbbə festivalı keçiriləcək

55
(Yenilənib 19:06 04.08.2015)
Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

BAKI, 4 avqust — Sputnik. Avqustun 29-da Qəbələdə III Beynəlxalq mürəbbə festivalı keçiriləcək.

Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkil etdikləri festival bu dəfə beynəlxalq səviyyədə reallaşacaq.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, AMKA-nın məlumatına görə, festival Dünya Kulinariya Təşkilatları Birliyi və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək. Tədbirdə UNESCO-nun Dünya Xalq Təşkilatının prezidenti xanım Karmen De Padilla da iştirak edəcək.

Əvvəlki mürəbbə festivallarında olduğu kimi builki üçüncü beynəlxalq mürəbbə festivalına da Azərbaycanın 23 bölgəsindən iştirakçılar qatılacaq.

Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

55
Teqlər:
Qəbələdə mürəbbə festivalı, mürəbbə, mürəbbə festivalı, Qəbələdə III Beynəlxalq mürəbbə festivalı, Azərbaycan Milli Kulinariya Assosiasiyası, AMKA, UNESCO, Karmen De Padilla, Qəbələ, Azərbaycan