PKK

Avropa Birliyi Türkiyəni PKK ilə ehtiyatlı davranmağa çağırıb

54
(Yenilənib 17:58 04.08.2015)
İohann Hahn: AB son dövrlərdə baş verən gərginliyin Kürd-Türk sülh prosesinə mənfi təsir edəcəyindən narahatdır.

BAKI, 4 avqust — Sputnik. Avropa Birliyi Türkiyəni PKK hücumlarına qarşı əməliyyatlarda ehtiyatlı olmağa çağırıb.

Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyindən (AB) verilən açıqlamada deyilir. AB Türkiyənin Avropa Birliyi üzrə naziri və baş mərizəçisi Volkan Bozkırla AB-nin Qonşuluq siyasəti və Genişlənmə ilə bağlı müzakirələrə cavabdeh şəxsi İohann Hahnın (Johannes Hahn) görüşü ilə bağlı məlumat verib. 

Açıqlamada bildirilir ki, Hahn Bozkıra 28 ölkədən ibarət blokun Türkiyə rəsmilərinin İŞİD-lə mübarizəni sürətləndirmə qərarına səs verdiyini və AB-nin bu istiqamətdə güclü dəstəyini yenidən ifadə etdiyini söyləyib. 

Görüşdə Hahn bildirib ki, AB son dövrlərdə baş verən gərginliyin Kürd-Türk sülh prosesinə mənfi təsir edəcəyindən narahatdır.   

Hahn həmçinin Bozkıra deyib: "Türkiyə PKK-nın adını anmadan kəskin şəkildə qınanması lazım gələn terrorün hər növünə qarşı etiraz etmək haqqına malikdir.  Ancaq bu, ehtiyatla, hədəfi düzgün seçməklə, heç bir halda demokratik siyasi dialoqu təhlükə altına atmamaqla həyata keçirilməlidir.  Bölgədə daha çox gərginlik yarada biləcək hər hansı hərəkətdən çəkinmək lazımdır. Türkiyənin bütün bölgə üçün önəmli və strateji rola uyğun hərəkət edəcəyindən əminik."

AB-nin açıqlamasında Hahnın ötən cümə günü HDP-nin həmsədri Səlahəddin Dəmirtaşla da danışdığı xatırladılır. Hahn Dəmirtaşa bütün tərəflərin yenidən sülh prosesinə dönməsi, geniş və nəticə əldə olunacaq bir siyasi həll üçün çalışmağa başlamağın gərəkli olduğunu bildirib. 

54
Teqlər:
Kürd-Türk, Türkiyə İŞİD, Türkiyə PKK, Avropa Birliyi PKK, AB, PKK, Avropa Birliyi, Türkiyə
Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

8
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

25
(Yenilənib 18:01 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

BAKI, 25 oktyabr — Sputnik. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

25
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə