Barak Obama

Barak Obama: Orduya əmr verdim, Əsəd-in əsgərlərini vurun

162
(Yenilənib 17:07 03.08.2015)
ABŞ prezidenti: Bundan sonra nəinki İŞİD, hətta Əsəd belə müxalif ordunu hədəf almağa cürət edə bilməyəcək.

BAKI, 3 avqust – Sputnik. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama, Suriya müxalif ordusunu hədəf alan istənilən qüvvənin, o cümlədən Bəşər Əsədə bağlı əsgərlərin vurulacağını deyib. O, bununla bağlı ABŞ ordusuna göstəriş verdiyini də bildirib.

ABŞ və Türkiyə hərbçiləri Bəşər Əsəd və İŞİD-ə qarşı effektli mübarizə aparmaq üçün müxalif Suriya ordusuna hərbi təlimlər keçir. 

Keçən həftə İŞİD-ə bağlı silahlı qruplar müxaliflərə hücum etmiş, lakin ABŞ hərbi təyyarələri havadan zərbələr endirərək hücumun qarşısını almışdı. 

“Bundan sonra nəinki İŞİD, hətta Əsəd belə müxalif ordunu  hədəf almağa cürət edə bilməyəcək. Çünki bununla bağlı orduya vur əmri vermişəm.” — deyə Obama əlavə edib. 


162
Teqlər:
İŞİD, Barak Bəşər, Obama Əsəd, Bəşər Əsəd, Barak Obama