Qatar

Qaxda qatarla maşın toqquşub

23
(Yenilənib 10:33 03.08.2015)
Qəza Siyavuş Mustafayev avtomobillə Balakən-Yevlax dəmir yol xəttinin Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində xəttin qorunmayan hissəsini gözləmədən keçərkən baş verib.

BAKI, 3 avqust — Bakı. Azərbaycanda qatarla maşın toqquşub. 

Sputnik APA-ya istinadən xəbər verir ki,  hadisə avqustun 2-si saat 20.30 radələrində Balakən-Yevlax dəmir yol xəttinin Qax rayonu ərazisindən keçən hissəsində  baş verib.

Zaqatala rayon sakini, 37 yaşlı Siyavuş Mustafayev idarə etdiyi “Hyundai Accent” markalı, 62-BF-820 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən Balakən-Yevlax dəmir yol xəttinin Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində xəttin qorunmayan hissəsini gözləmədən keçib.

Nəticədə Balakən-Bakı sərnişin qatarı avtomobili vurub. Qəza nəticəsində avtomobilin sürücüsü, onun həyat yoldaşı, 34 yaşlı Aygül Mustafayeva və onların 12 yaşlı övladı İlkin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Qax RMX-dan verilən məlumata görə, yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Yevlax Xətt Polis Şöbəsində araşdırma aparılır.

23
Teqlər:
Balakən-Yevlax dəmir yol xətti, qatarla maşının toqquşması, qatarla maşın toqquşub, Qax, Azərbaycan

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

16
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:25 / 11.15Mb / просмотров видео: 56)

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

39
(Yenilənib 18:40 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

39
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə