Windows 10

“Windows 10” sistemi internetin sürətini zəiflədə bilər

326
(Yenilənib 16:08 02.08.2015)
“Windows 10” əməliyyat sisteminin internetlə yayılması şəbəkə avadanlığı və rabitə kanallarında artıq yüklənməyə səbəb olur.

BAKI, 2 iyul — Sputnik. “Windows 10” əməliyyat sisteminin internetlə yayılması şəbəkə avadanlığı və rabitə kanallarında artıq yüklənməyə səbəb olur. “WCCF tech” şirkətinin ekspertləri platformanın işıq üzü görməsinin və kütləvi şəkildə yüklənməsinin dünyada internetin sürətində problemlər yarada biləcəyini istisna etmirlər.

“Microsoft” korporasiyası yenilənmələrin problemsiz paylanması üçün bütün iri şəbəkələrdə 40 Tbayt/saniyə tutumlu kanal ehtiyat edib. Lakin artıq iyulun 28-da gündüz bu kanalda yüklənmə 10 Tbayt/saniyəni ötüb və yeni regionlara qoşulduqca artmaqda davam edir.

Ekspertlərin fikrincə, “Windows 10” sayəsində "Microsoft” internet trafikinin həcmində rekord göstəriciyə nail olacaq. Onlar əmindir ki, həftə ərzində şəbəkədə yüklənmə çox yüksək olacaq və istifadəçilər internetdə yükləmələr zamanı fasilələrin yaranması və sürətin azalması ilə rastlaşa biləcəklər.  

Qeyd edək ki, yeni “Windows 10” əməliyyat sisteminin satışına iyulun 29-da başlanılıb.

“Windows 7” və “Windows 8.1” sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan “Windows 10”-nun bazara sonradan çıxarılacağı gözlənilir. Korporativ versiyalarda — “Windows 7” korporativ, “Windows 8/8.1” korporativ və “Windows RT/RT 8.1” korporativdə yenilənmələr pulsuz olmayacaq.

“Microsoft”-un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, “Windows 10”-nun quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.

“Windows 10”-da əvvəlki “Start” menyusu yenidən yer alacaq və “Cortana” səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsi ilə idarə etmək mümkün olacaq. “Cortana” həmçinin istifadəçinin “Windows” sistemli müxtəlif qurğularda işi bərpa etməyə imkan verəcək.

“Windows Hello” biometrik identifikasiya sistemi kompüterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan verəcək. Yeni platformada daha bir yenilik “Office 2016” ofis əlavəsi və “Microsoft Edge” brauzerinin quraşdırılmasıdır, — “Macdigger” yazır. 

 

 

326
Teqlər:
Korporativ, Terri Mayerson, platform, kompüter, Windows 8.1, Windows 7, internet, əməliyyat sistem, Microsoft, Windows 10, Microsoft, Windows 10
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

53
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

53
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb

3
(Yenilənib 23:53 05.08.2020)
Son 4 gün ərzində aktiv xəstələrin sayı 5 229-dan düşərək, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

BAKI, 5 avqust – Sputnik. Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

3
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər