affa

AFFA-da fövqəladə iclas olub

132
(Yenilənib 17:50 31.07.2015)
İclasda yerli futbol klubları və ictimai birliklərlə bağlı qərarlar qəbul olunub.

BAKI, 31 iyul – Sputnik. Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK)  fövqəladə iclası keçirilib. 

Sputnik xəbər verir ki, iclasda yerli futbol klubları ilə bağlı qərarlar qəbul olunub.

Peşəkar Futbol Liqasının müraciətinə baxan Komitə  "Rəvan" klubunun 2015/2016-cı il mövsümündə Premyer Liqa yarışlarında iştirakını müsbət qiymətləndirib.  Bununla da paytaxt təmsilçisinin yarışda iştirakı rəsmiləşib.

İclasda “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, “Turan Tovuz  Peşəkar Futbol Klubu” İctimai Birliyinin, həmçinin yeni “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə AFFA-nın da təsisçi qismində iştirakının təmin edilməsinə qərar verilib.

Komitə üzvləri 2016/17-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydaları təsdiq edib.

132
Teqlər:
Premyer Liqa, Zaqatala Peşəkar Futbol Klubu, Turan Tovuz Peşəkar Futbol Klubu, Rəvan futbol klubu, AFFA-nın İcraiyyə Komitəsi, AFFA, Azərbaycan