Müdafiə Nazirliyi

Həbs olunan yüksək rütbəli hərbçilər rüşvət almaqda günahlandırılır

238
(Yenilənib 16:30 30.07.2015)
Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin həbs olunan əməkdaşlarının adları və ittiham edildikləri maddələr açıqlanıb.

BAKI, 30 iyul-Sputnik. Azərbaycanda tutulan yüksək rütbəli hərbçilərin adı və nədə ittiham olunduqları məlum olub.

Sputnik Bakı Hərbi Məhkəməsinin məlumatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri — 1974-cü il təvəllüdlü Seymur Sahib oğlu Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Mail oğlu Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Mikayıl oğlu Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma — külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirlər. Onların hər biri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır. 

238
Teqlər:
yüksək rütbəli hərbçilər, cinayət işi, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri, Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyi, Rövşən Mikayıl oğlu Məmmədli, Ələsgər Mail oğlu Musayev, Seymur Sahib oğlu Ağayev, Azərbaycan
Zinəddin Zidan

Çempionat başlamamış Zidanı cərimə edəcəklər

0
(Yenilənib 01:14 25.05.2020)
Madrid sakinlərinə xüsusi səbəb olmadan şəhəri tərk etmək yasaqdır.  “Real”ın baş məşqçisini indi 1500 avro məbləğində cəza gözləyir

BAKI, 25 may — Sputnik. Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan özünütəcrid qaydalarını pozub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sport.es yazır. Nəşrin məlumatına görə, mütəxəssis İspaniya paytaxtının yaxınlığındakı bir kəndə gedib. Zidan həmin yerdə təxminən bir il əvvəl özünə ev alıb. Qeyd olunur ki, Madrid sakinlərinə xüsusi səbəb olmadan şəhəri tərk etmək, hətta şəhər kənarındakı ikinci evlərinə getmək yasaqdır. Zidan isə həmin kəndə həftə ərzində artıq ikinci dəfə baş çəkib. Bazar günü gələrkən oğlu Luka da yanında olub.  

Əgər qonşularından kimsə “Real”ın baş məşqçisini həmin anda fotoya və ya videoya çəkibsə, o zaman onu 1500 avro məbləğində cəza gözləyir.

Qeyd edək ki, mayın 23-də İspaniya hökuməti ölkə çempionatını iyunun 8-dən bərpa etməyə qərar verib.

Son məlumatlara görə, dünyada 5,4 milyon insan SARS-CoV-2 koronavirusuna yoluxub, bunlardan 345 min nəfər koronavirusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib, 2,2 milyon nəfər isə sağala bilib.

 

0
Əlaqədar
Zidanın taleyi aydın oldu
Messi etiraf etdi: "Yalnız Zinəddin Zidan"
Futbolda format dəyişir: Bir oyunda 16 nəfər oynaya bilər
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
Kuryoz hadisə: Zidan təpik yedi - VİDEO
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”

8
(Yenilənib 00:49 25.05.2020)
COVID-19-dan sağalan insanların bərpası üçün komponentlərin düzgün proporsiyaları tapılmalıdır, bu isə kompleks tədqiqat tələb edir

BAKI, 25 may — Sputnik. Rusiyada, Murmansk Dəniz Biologiyası İnstitutunun alqologiya laboratoriyası koronavirusun fəsadlarını dəniz kirpiləri ilə müalicə etməyi təklif edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə laboratoriyanın müdiri Qriqori Voskoboynikov danışıb.

Alimin sözlərinə görə, COVID-19-dan sağalanlar dəniz kirpisinin kürüsü, yosunlar və bir sıra immun möhkəmlədici bitkilərin əsasında hazırlanmış preparatlar qəbul etməlidirlər. Bu cür preparatlar hələ iki il əvvəl kimya terapiyası keçmiş onkoloji xəstələrin reabilitasiyası üçün işlənilib hazırlanıb.

Dəniz kirpisinin kürüsü və bəzi bitkilər immun sistemini stimullaşdıran xüsusiyyətə malikdir. Ancaq COVID-19-dan sağalan insanların bərpası üçün komponentlərin düzgün proporsiyaları tapılmalıdır, bu isə kompleks tədqiqat tələb edir.

Mayın 24-də məlum olub ki, ABŞ hökuməti koronavirus vaksininin hazırlanması üçün Oksford Universitetinə 1 milyard dollardan çox vəsait ayırıb. Layihə uğurla yekunlaşacağı təqdirdə ABŞ 300 milyon doza vaksin əldə edəcək.

8
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Cərrah-onkoloq: Koronavirusa yoluxan xərçəng xəstələrini xilas etmək çox çətindir
Dörd həkimimizi koronavirus məhv etdi
Adil Qeybulla: "Vaksinasiya özü spekulyasiyadır"
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Koronavirusdan ən çox belə xəstələr ölür