Məhəmməd Cavad Zərif və Loran Fabius

İran fransalı nazirin Tehran səfərini alqışlayıb

77
(Yenilənib 12:55 29.07.2015)
Loran Fabius son 12 il ərzində İrana gedən ilk Fransa rəsmisidir.

BAKI, 29 iyul — Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif fransalı həmkarı Loran Fabiusun 17 ildən sonra Tehrana səfərini alqışlayıb. 

Sputnik xəbər verir ki, iyulun 29-u Tehranda keçirilən birgə mətbuat konfransı zamanı Zərif bildirib ki, Paris və Tehran ikitərəfli əlaqələrin müxtəlif aspektlərini, xüsusilə enerji və nəqliyyat sahəsində əlaqələri müzakirə ediblər.

Fransanın xarici işlər naziri Loran Fabius bu gün Tehrana səfər edib. 

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, səfər çərçivəsində Fransa xarici işlər idarəsinin rəhbərinin iranlı həmkarı Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşü planlaşdırılıb.

Fransa xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə, bu, Fransa XİN rəhbərinin İrana 2003-cü ildən bu vaxtadək ilk səfəridir. 

“Səfər Fransa ilə İran arasında ən yüksək səviyyəli siyasi dialoqun bərpa edilməsinə xidmət edəcək. Danışıqlarda Fransa-İran münasibətləri, regional məsələlər və BMT-nin Parisdə keçirəcəyi iqlim konfransının məqsədləri müzakirə ediləcək” — deyə Nadal bildirib.

Ötən həftə Almaniyanın vitse-kansleri Ziqmar Qabriel, iyulun 28-də isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Tehrana səfər etmişdilər.

77
Teqlər:
Paris və Tehran, İranın Xarici İşlər naziri, Fransanın xarici işlər naziri, Məhəmməd Cavad Zərif və Loran Fabius, İran XİN, Fransa XİN, Həsən Ruhani, Cavad Zərif, Loran Fabius, Məhəmməd Cavad Zərif, Tehran, İran
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

4
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

4
Moskva şəhərinə mənzərə, arxiv şəkli

Rusiyada evləri yoxlamağa başlayacaqlar

4
(Yenilənib 00:34 22.01.2021)
Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.

BAKI, 22 yanvar — Sputnik. Rusiyada qeyri-qanuni yenidənqurma işlərini aşkarlamaq üçün mənzillər kütləvi şəkildə yoxlanılacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, mənzil müfəttişləri tərtibatdakı razılaşdırılmamış dəyişikliklərlə maraqlanırlar. Təkcə otaqları və ya əlavə olaraq boruları genişləndirmək üçün yıxılan divarlara diqqət yetirilmir. Müfəttişlik həmçinin mətbəxin qaz sobası ilə təchiz olunmasına görə, qapının çıxarılması üçün də cərimə kəsə bilər.

Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.

Buna fikir verməsəniz, nəzarətçilər məhkəməyə müraciət edəcək və məhkəmə icraçıları ilə birlikdə mənzilə gələcəklər.

Texniki tələblərə cavab verən yaşayış dəyişiklikləri reyestrə daxil edilir. Məhkəmənin qərarı ilə mənzildə olan qeyri-qanuni dəyişikliklər aradan qaldırılmalıdır.

Ekspertlərin fikrincə, genişmiqyaslı yoxlamalar fırıldaqçıların da artmasına səbəb olacaq.

4