mitinq

“Azadlıq-2015” bloku mandat üçün hakimiyyətlə danışmağa üstünlük verir

165
(Yenilənib 18:06 28.07.2015)
Müxalifət partiyalarının liderləri Pənah Hüseynin fikirlərini dəstəkləyirlər.

BAKI, 28 iyul-Sputnik. AXP sədri Pənah Hüseynin parlament seçkilərində hakimiyyətin müxalifət liderlərinə lazımi şərait yaratmalı olduğu barədə səsləndirdiyi fikir yeni deyil. 

Bunu Sputnik-ə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

Председатель Демократической партии Азербайджана Сардар Джалалоглу
wikimedia.org
Председатель Демократической партии Азербайджана Сардар Джалалоглу

Onun sözlərinə görə, bu təklif 2005-ci ilə parlament seçkiləri dönəmində də beynəlxalq təşkilatlar və səfirliklərdə müzakirə olunub. Bundan əlavə bu təklif hakimiyyətlə siyasi partiyalar arasında dialoq zamanı də müzakirəyə çıxarılan məsələlərdəndir. Sadəcə, Pənah Hüseyn məsələnin aktuallığını nəzərə alaraq yenidən gündəmə gətirib və bu istiqamətdə konkret  mövqenin ortaya qoyulmasını istəyir.” — deyə ADP sədri qeyd edib.

Pənah Hüseyn
amerikaninsesi.org
Pənah Hüseyn

Sərdar Cəlaloğlu deyib ki, indiki dönəmdə müasir beynəlxalq aləmdəki siyasi konyukturanı nəzərə alaraq Pənah Hüseynin bu təklifini məqbul sayır: “Mən də bu gün Azərbaycandakı ictimai-siyasi situasiyanı nəzərə alaraq konsensus prinsiplərinə üstünlük verilməsini təklif edirəm. Qarşıdakı parlament seçkilərində də məsələlər konsensus yolu ilə həllini tapmalıdır.”

Onun fikrincə, dünyada baş verən proseslərin fonunda bu gün Azərbaycanda məsələlərin küçə və meydanlarda həll olunması münasib deyil: “Əgər biz haqları küçə və meydanlarda axtarmağa çalışsaq, o zaman daha mürəkkəb vəziyyətlə üzləşə bilərik. Yəni Yaxın Şərqdə baş verən proseslərin Azərbaycana keçməsi mümkündür və buna zəmin var. Ancaq indiki məqamda müxalifət və iqtidarın durumu elə vəziyyətdədir ki, heç bir qüvvə baş verə biləcək təlatümlərin  qarşısını ala bilməz. Bu baxımdan, sözügedən təklif təqdirəlayiqdir və biz də bu təklifi dəstəkləyirik.”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirib ki, Pənah Hüseynin bu təklifi müəyyən dairələrdə obyektiv seçkilərin keçirilməsi, administrativ müdaxilənin olmaması ilə bağlıdır: “Yəni bu təklif müxalifət liderlərinin təmsil olunduğu bəzi prinspial dairələrdə administrativ müdaxilə olmadan normal rəqabətli seçkilərin keçirilməsini özündə ehtiva edir. Məhz Hüseyn bunu nəzərə alaraq ideyanı irəli sürüb. Əks təqdirdə bu qeyri-normal səslənərdi.”

Əli Əliyev
modern.az
Əli Əliyev

Əliyev Hüseynin bu təklifini indiki dönəm üçün məqbul sayaraq bildirib ki, bu gün hakimiyyət ölkədəki bütün proseslərə nəzarət edir və bunun üçün kifayət qədər rıçaqlara malikdir. “Məncə AXP sədri həm bunu, həm də regionda baş verən prosesləri nəzərə alaraq belə bir təklif irəli sürüb və burada qeyri-adi bir şey yoxdur.” — deyə VİP sədri əlavə edib.

Əhməd Oruc
musavat.com
Əhməd Oruc
“Azadlıq” partiyasının sədri Əhməd Oruc isə deyib ki, bu, “Azadlıq — 2015” seçki blokunda müzakirə olunaraq hakimiyyətə təklif olunub: “Yəni bu, Milli Şuranın bəzi nümayəndələrinin dediyi kimi, hakimiyyətlə hər hansı formada sövdələşmə və yaxud bazarlaşma deyil. Azad, demokratik seçkinin keçirilməsi ilə bağlıdır. Biz indiki məqamda hakimiyyətə hər hansı ultimativ formada tələblər irəli sürməyə deyil, danışıqlar yolu ilə problemləri həll etməyə üstünlük veririk. Artıq 20 ildən çoxdur ki, ultimatum dili ilə hakimiyyətlə danışırıq və nəticəsi də göz qabağındadır. Ona görə də biz bu yoldan əl çəkərək məsələləri danışıq və dialoq yolu ilə həll etmək niyyətindəyik. O təklif də bu səbəbdən meydana çıxıb. Ona görə də bunu Pənah Hüseynin təklifi kimi qəbul etmək yox, əksinə “Azadlıq-2015” seçki blokunun məsələlərə yanaşması kimi qiymətləndirmək lazımdır.”

 

165