Seyfülislam Qəddafi

Muammər Qəddafinin oğluna edam cəzası verilib

98
(Yenilənib 16:57 28.07.2015)
Seyfülislam Qəddafi atasının devrildiyi 2011-ci ildəki üsyan zamanı "etdiyi cinayətlərə görə” edam cəzasına məhkum edilib.

BAKI, 28 iyul — Sputnik. Liviyanın keçmiş lideri Muammər Qəddafinin oğlu Seyfülislam Qəddafi, keçmiş milli təhlükəsizlik naziri Abdullah əs-Sənusi və keçmiş baş nazir əl-Bağdadi əl-Mahmudi haqqında edam cəzası verilib.

Sputnik Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, adları çəkilən şəxslərlə yanaşı daha 7 nəfər “Qəddafinin devrildiyi 2011-ci ildəki üsyan zamanı etdikləri cinayətlərə görə” edam cəzasına məhkum edilib.

Qəddafinin oğlu haqqında hökm qiyabi verilib. Çünki Seyfülislam hazırkı Liviya hakimiyyətinə tabel olmayan keçmiş üsyançı qrup tərəfindən Zintan bölgəsində saxlanılır.

Seyfülislam işlətdiyi ehtimal edilən cinayətlərə görə Beynəlxalq Cəza Məhkəməsi tərəfindən də axtarılırdı. 

 

98
Teqlər:
Qəddafinin devrildiyi gün, əl-Bağdadi əl-Mahmudi, Liviyanın keçmiş lideri, Muammər Qəddafinin oğlu Seyfülislam Qəddafi, Qəddafinin oğlu, Seyfülislam Qəddafi
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

380
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

380
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9