Aleksandr Lukaşenko və Jerar Depardye ot çalarkən

Belarus prezidenti Jerar Depardyeyə əllə ot çalmağı öyrədib

667
(Yenilənib 10:59 28.07.2015)
Jerar Depardye: Başa düşmürəm ki, niyə Qərbdə Lukaşenkonun reputasiyası pisdir

BAKI, 28 iyul — Sputnik. Fransız aktyor və şərabçı Jerar Depardye Belarus səfəri zamanı gözlənilmədən üzərinə başqa bir ad da götürüb — biçinçi. Özü də bu sahədə ona dərsi başqa adam deyil, məhz Belarus prezidenti Aleksandr Lukaşenko şəxsən verib. Depardye belarus prezidentlə birlikdə sahədə əllə ot biçib. Sahədə işləmək Depardyedə Belarus haqqında "kiçik İsveçrə" təəssüratı oyadıb. "Hər bir ölkənin öz problemləri var. Amma mən burada təsərrüfat, əkilmiş sahələr, çəmənliklər, meşələr görürəm" — deyə əkinçiliyin zəhmətini öz gözlərilə görən aktyor deyib.

Sputnik xəbər verir ki, Depardye Belarusiya prezidentinin reputasiyasının Qərb ölkələrində niyə neqativ olduğununu anlaya bilmədiyini deyib."Mən burada təkcə Belarusiya kimi gözəl ölkə ilə deyil, həm də görkəmli bir insanla tanış oldum. Mən görəndə ki, belaruslar öz ölkələri və prezidentləri ilə fəxr edirlər, düşündüm ki, bu barədə olduğum hər yerdə danışacağam." — deyə Depardye belarus telekanalına verdiyi müsahibədə bildirib. Aktyorun fikrincə, Belarusiya prezidenti barədə mənfi obrazı bu ölkədəki real situasiyanı bilməyən insanlar formalaşdırır. "Belə rəy bu ölkədə heç vaxt olmayan və buranı tanımayan insanlar tərəfindən yaradılır. Bütün bunların Aleksandr Lukaşenko ilə əlaqəsi yoxdur. Bu, dünya siyasətində fövqəladə ağıllı adamdır." deyə Depardye əlavə edib. 

İyulun 22-də Depardye "Göl" (Озерный)iqamətgahına qısa ekskursiyası zamanı Belarusiya prezidenti Aleksandr Lukaşenko ilə görüşüb və ondan ot çalmağı öyrənib.

  • Aleksandr Lukaşenko və Jerar Depardye ot çalarkən
    Aleksandr Lukaşenko və Jerar Depardye ot çalarkən
    theguardian.com

    dailymail.co.uk
  • Aleksandr Lukaşenko və Jerar Depardye ot çalarkən
    Aleksandr Lukaşenko və Jerar Depardye ot çalarkən
    bbc.com
1 / 4
theguardian.com
Aleksandr Lukaşenko və Jerar Depardye ot çalarkən
667