Ancelina Coli - Hollivud aktrisası

Ancelina Coli Kamboca genosidi haqda film çəkir

370
Aktrisanın Kambocada doğulan oğulluğu Meddoks filmdə rol alacaq.

BAKI, 28 iyul — Sputnik. Dünya şöhrətli aktrisa Ancelina Coli kambocalı yazıçı Lunq Unqun xatirələrinin qeydə alındığı roman əsasında Kamboca genosidi haqda film çəkəcək.

Sputnik hollywoodreporter-ə istinadən xəbər verir ki, 2001-ci ildən yazıçı Lunq Unqla dost olan Coli bu barədə çoxdan düşündüyünü bildirib. Ailəsinin faciəsindən film çəkməyi aktrisaya etibar edən Unq ssenarini Coli ilə birlikdə yazacaq. Colinin Kambocada doğulan oğulluğu Meddoks filmdə rol alacaq. Filmin premyerası 2016-cı ilin sonuna nəzərdə tutulub.

1975-ci ildə Kambocada hakimiyyətə gələn "qırmızı kxmerlər" rejimi dörd il ərzində 3,3 milyon adamı qətlə yetiriblər. Hadisələrin canlı iştirakçısı olan Unqun valideyinləri öldürülüb, 6 qardaş və bacısı əmək düşərgələrinə göndərilib. Onun özünü isə yetimlər üçün düşərgədə əsgər kimi tərbiyə ediblər.

370