Ситуация в Армении

İrəvanda vəziyyət gərginləşib

17
(Yenilənib 10:08 28.07.2015)
"Qalx ayağa, Ermənistan" hərəkatının fəalları gecəni İrəvanın mərkəzi meydanında keçiriblər.

BAKI, 28 iyul — Sputnik. Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Qalx ayağa, Ermənistan” hərəkatının fəalları fasiləsiz oturaq aksiyaya başlayaraq gecəni İrəvanın mərkəzi Respublika meydanında keçiriblər.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hərəkatın liderlərindən biri olan Andreas Qukasyan bildirib.

“Bizim vəzifəmiz şəhərin mərkəzində aksiyanın keçirilməsi  mümkün olanadək polisi gərginlikdə saxlamaqdır. Biz polislə qarşıdurmaya getməmək qərarına gəlmişik, lakin mütəmadi olaraq vəziyyətin  gərginləşdirilməsinə yönəldilən addımlar atacağıq.” — deyə o, bildirib. Fəalın sözlərinə görə, hazırda hərəkatın üzvləri Gümrü, Vanadzor, Talin və Aştarakda  çağırışların əks olunduğu vərəqələr yayırlar. Analoji addım iyulun 30-da İrəvanda atılacaq.    

Məlumata görə, 12 nəfərədək etirazçı 1940-91-ci illərdə Leninin heykəli yerləşdiyi ərazidə asfaltın üzərində oturaq aksiya keçirir. Polis məhz burada aksiyanın keçirilməsinə icazə verərək etirazçıları meydanın mərkəzinə buraxmayacağını bildirib.   

Aksiyanın keçirildiyi ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb.  

17