Türkiyədə antiterror əməliyyatı zamanı 1050 nəfər saxlanılıb

18
(Yenilənib 10:07 28.07.2015)
İŞİD, PKK və digər terror qruplaşmaları əleyhinə Türkiyənin 34 əyalətində əməliyyatlar keçirilib.

BAKI, 28 iyul — Sputnik. Türkiyədə keçirilən xüsusi antiterror əməliyyatı zamanı saxlanılanların sayı 1050 nəfərə çatıb.

Sputnik xəbər verir ki, bu barədə Türkiyə hökumətinin yaydığı bəyanatda bildirilir.  

Türkiyə təhlükəsizlik qurumları iyulun 24-də fəaliyyəti ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan İŞİD, PKK və digər terror qruplaşmalarının silahlılarına qarşı irimiqyaslı antiterror əməliyyatı keçirməyə başlayıb. 

Antiterror əməliyyatı Türkiyənin 34 əyalətini əhatə edib.   

Türkiyədə vəziyyət İŞİD qruplaşmasının Suruçda törətdiyi terror aktı və ölkənin cənub-şərq əyalətlərində polis əməkdaşlarının PKK terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra gərginləşib.  


18
Teqlər:
antiterror əməliyyatı, Türkiyə