facebook

Facebook istifadəçilərə pulsuz internet təklif edəcək

72
(Yenilənib 19:19 27.07.2015)
Bu məqsədlə “Internet.org” platformasının tərkibində yeni portal yaradılacaq.

BAKI, 27 iyul – Sputnik.  “Facebook” sosial şəbəkəsi əhatə dairəsini genişləndirmək üçün pulsuz internet təklif edəcək.

Sputnik xəbər verir ki, bu barədə facebook-un rəsmi səhifəsində məlumat verilib. 

Pulsuz internetlə bağlı sosial şəbəkənin “Internet.org” platformasının tərkibində yeni portal yaradılacaq. Portaldan inkişaf etməkdə olan 17 ölkədə istifadə ediləcək.

“Internet.org” platforması ötən il sosial şəbəkəyə 9 milyon yeni istifadəçi cəlb edib.

72
Teqlər:
Internet.org, facebook, Facebook, facebook
İzmirdə

İzmirdə seli lentə alan operator nənəsinin meyitini tapdı

11
İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb. Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

BAKI, 31 oktyabr — Sputnik. İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı görüntüləri "Haber Global" yayıb.

Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. Beş binanın tamamilə dağıldığı, xeyli evin zərər gördüyü bildirilir. İnsanlar panikaya düşərək küçələrə çıxıblar. Hazırda İzmirdə baş verən zəlzələdə dünyasını dəyişənlərin sayı 24-ə yüksəlib. Xəsarət alanların sayı artıq 804-dür.

Dağılan 4 binanın ərazisində xilasetmə işləri başa çatıb, daha 13-də isə hələ də davam edir. Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan 400-dən çox təkan (afterşok) qeydə alınıb.

11
Əlaqədar
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Putin Ərdoğana başsağlığı verdi
Zəlzələdən sonra Türkiyədən ürək ağrıdan görüntülər - FOTO
İzmirdə yenə zəlzələ olub, ölən və yaralananların sayı artıb
(1:09 / 8.84Mb / просмотров видео: 6)

Təki vətən sağ olsun: Ağdamın cəbhə kəndlərinin pambıq yığımı

8
(Yenilənib 13:34 31.10.2020)
Builki pambıq yığımı qoşunların qarşıdurma xəttində gedən döyüş əməliyyatları ucbatından xeyli gecikib. Amma bu, kəndlini narahat etmir. Ətraflı videomizda.

Ağdamın kəndlərində sakinlərin əsas məşğuliyyəti kənd təsərrüfatı məhsullarının istehsalıdır. Təsərrüfat sahiblərinin bir hissəsi də pambıq əkib becərir. Builki yığım mövsümü müharibə vaxtına düşüb. Buna baxmayaraq, fermerlər sahələrdə yığım işlərini həyata keçirirlər.

Təsərrüfat sahibi  Şahmar Rzayev Ağdamın cəbhə kəndlərinin ərazisində 50 hektara qədər pambıq əkib. Yüksək məhsul becərən fermer yığımı davam etdirir. sahələrdən 45 sentinerdən yuxarı məhsul əldə olunacağını deyir. Bunun üçün bütün aqrotexniki qaydalara əməl edib.

Günortaya qədər Ağdama 130-dan artıq mərmi düşüb – VİDEO >>

Düşmənin ağ qızıl tarlalarını ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, rayon ərazisində fəaliyyət  göstərən pambıq qəbulu və emalı məntəqələri kəndlinin məhsulunu sahələrdən toplayır. Bütün xərcləri isə həmin şirkətlər öz hesabına reallaşdırır.

Əgər Ermənistan silahlı qüvvələri terror aktlarından əl çəksə, soyuq havalar gəlmədən pambıq sahələrdən toplanacaq. Əslində havanın qeyri-sabit keçməməsi də bu işi sürətləndirəcək.

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə