Премьер-министр РФ Дмитрий Медведев

Dmitri Medvedyev: Rusiya Ukraynanın ərazi bütövlüyünə tərəfdardır

14
(Yenilənib 19:28 27.07.2015)
Rusiyanın baş naziri: Rusiya Ukraynanın ərazi bütövlüyünə ötən il Krımla bağlı qəbul olunan qərarlar nəzərə alınmaq şərtilə tərəfdardır.

BAKI, 27 iyul – Sputnik. Rusiya Ukraynanın ərazi bütövlüyünə ötən il Krımla bağlı qəbul olunan qərarlar nəzərə alınmaq şərtilə tərəfdardır.

Sputnik RİA Novostiyə istinadən xəbər verir ki,  bunu Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya-Sloveniya danışıqlarının yekununa dair keçirdiyi mətbuat konfransında deyib. 

“Rusiya — Sloveniya danışıqları zamanı toxunulan ən mürəkkəb və ağrılı məsələ Ukraynadakı münaqişə olub. Miro Tserar Avropa İttifaqının mövqeyini açıqladı. Biz də məsələnin hərbi yolla deyil, sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Bu münaqişə rəsmi hökumətlə cənub-şərqdəki hökumət arasında aparılacaq danışıqlar yolu ilə həll olunmalıdır.” — deyə Medvedev bildirib.

Rusiya baş nazirinin sözlərinə görə, danışıqlar zamanı həmçinin “İslam Dövləti” terror təşkilatı (İŞİD) daxil olmaqla, radikal terror qruplaşmalarına qarşı mübarizə müzakirə olunub.

14