Pənah Hüseyn

Pənah Hüseyn: Müxalifət hakimiyyətlə mandat sövdələşməsinə getməlidir

94
(Yenilənib 16:50 27.07.2015)
AXP sədri: Hakimiyyət müxalifət liderlərinin namizəd olduğu dairələrdə onlara şərait yaratmalıdır.

BAKI, 27 iyul-Sputnik. AXP sədri Pənah Hüseyn qarşıdan gələn parlament seçkiləri, müxalifətin seçkilərdə iştirakı və hakimiyyətdən tələb olunan məsələlərlə bağlı Sputnik-ə müsahibə verir.

- Pənah bəy, ölkədəki seçkiöncəsi vəziyyəti və müxalifətin bu seçkilərə passıv hazırlığını necə dəyərləndirirsiz?

— Bunun əsas səbəbi ölkədə demokratik seçki şəraitinin olmaması ilə bağlıdır. Buna baxmayaraq, AXP olaraq biz seçkilərdə iştirak edəcəyik. Çünki biz seçkilərdə iştirakı hakimiyyət uğrunda mübarizənin tərkib hissələrindən biri hesab edirik. O baxımdan biz öz namizədlərimizlə bu seçkilərdə iştirak edəcəyik.

Müxalifətin seçkiyə hazırlıq məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, bu, ümumi ictimai-siyasi böhranla bağlı olan məsələdir. Bu böhran müxalifətin də fəaliyyətinə öz təsirini göstərib.  Düzdür bu bir qədər parodaksaldır. Əksinə bir çox hallarda ictimai –siyasi böhran vəziyyətində müxalifət  aktiv olur. 

Amma onu da əlavə edim ki, mən bu passivliyi müxalifətin cəmiyyətdəki siyasi çəkisi və yaxud seçkilərdə ala bilməyəcəyi ilə əlaqələndirmək istəməzdim. Belə olsaydı ən azından iqtidar zahirən də olsa demokratik seçki imitasiyasına gedərdi və bu istiqamətdə bəzi addımlar atardı. Bir daha deyirəm müxalifətin passivliyi dünyada baş verən proseslərlə bağlıdır.

Buna baxmayaraq, müxalifət seçkilərə hazırlaşır və bundan mənim xəbərim var. Və bu istiqamətdə ciddi müzakirələr gedir. Güman edirəm ki, siyasi partiyalar seçkilərdə iştirakla bağlı avqustun ikinci yarısında qərarlar verəcək. Sentyabr və oktyabr ayında isə fərqli siyasi situasiyanın şahidi olacağıq. Fəallıq yüksək olacaq.

-Bəs “Azadlıq-2015” seçki blokunun seçkiyə hazırlığı nə yerdədir?

— “Azadlıq-2015” hazırda yeganə seçki blokudur və ciddi hazırlıq işləri gedir. Blokda seçki qərargahı, seçki platforması üzərində iş gedir. Təxminən 80-ə yaxın seçki dairəsində namizədlərin ilkin razılaşdırılması barədə razılıq əldə olunub. Mütəmadı olaraq  blokun Sədrlər Şurasının toplantısı keçirilir və burada da əsas mövzu seçkiyə hazırlıq məsələləridir. Blok istənilən halda seçkidə iştirak edəcək və seçki ilə bağlı avqustun ikinci yarısında konkret qərarları olacaq.

Digər əsas mövqeyimiz isə demokratik düşərgənin bu seçkidə ən azından funksional  əməkdaşlığına nail olmaqdır. Əgər  belə bir əməkdaşlığa nail olsaq  bu ölkənin siyasi həyatında əhəmiyyətli bir addım olardı.

-Seçkidə digər qüvvələrlə də əməkdaşlıq nəzərdə tutulurmu?

— Ən azı seçkinin müəyyən mərhələlərinə siyasi qiymət verilməsi, vahid naməzədlərin  müəyyənləşdirilməsində və bir sıra digər məsələlər ətrafında  ciddi əməkdaşlığa ehtiyac var və biz buna hazırıq. Təkcə mən yox, eyni zamanda “Azadlıq —2015” blokunda təmsil olunun bir sıra partiyalar geniş koalisiyanın önəmli olduğu qənaətindədirlər.

- Pənah bəy, siz parlament seçkilərində hakimiyyətlə danışıqlara gedib namizədlər məsələsində müəyyən razılığın əldə olunması təklifini irəli sürmüsüz. Bu təklif özündə nəyi ehtiva edir? 

— Bu mənim mövqeyimdir. “Azadlıq-2015” blokuna aid deyil. Biz hazırda bir keçid dövründə yaşayırıq. Bu keçid dövrünün də prinsipial qaydaları var ki, onlardan biri də parlamentin tərkibinin formalaşdırılmasından asılıdır. Mən də bunu əsas götürərək belə bir təklif irəli sürmüşəm. Hesab edirəm ki, keçid dövrünün ağrısız keçməsi üçün iqtidarla namizədlər məsələsində belə bir razılaşma əldə oluna bilər. Fikrimcə, belə bir razılaşma olmadan, cəmiyyətdə hansısa ictimai etimada malik parlamentin formalaşdırılması real görünmür.

Təklifim belədir ki, danışıqlar nəticəsində hakimiyyət müxalifət liderlərinin namizəd olduğu dairələrdə onlara şərait yaratmalıdır. Mən bunu dedikdə azad rəqabət mühitinin yaradılmasını nəzərdə tuturam. Eyni zamanda onlara bununla bağlı qarantiya verilməlidir. Bura digər məsələlər də daxildir. Sadəcə bunun üçün siyasi iradə lazımdır. Mənim əsas istəyim bu yolla parlamentdə daha çox müxalifət nümayəndəsinin təmsilçiliyinə nail olmaqdır.

Əgər belə bir anlaşma olarsa və parlamentə ictimai etimad olarsa, o zaman Azərbaycan  gözlənilən sosial, iqtisadi, siyasi, regional və geosiyasi böhrandan çıxa bilər. Yəni təhlükələrdən yan qaça bilər və parlament bu baxımdan ölkənin ictimai-siyasi  həyatında mühüm rol oynaya bilər.

 

 

94
Teqlər:
Azərbaycan xəbərləri, iqtidar, müxalifət, AXP sədri Pənah Hüseyn, AXP sədri, Parlament seçkiləri 2015, Parlament seçkiləri, AXP, Pənah Hüseyn, Azərbaycan
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

3
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

3
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

7
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

7