Kürdüstan lideri Məsud Bərzani

Kürdüstan lideri Məsud Bərzani PKK-nı sərt tənqid edib

54
(Yenilənib 15:50 27.07.2015)
Türkiyə hökuməti sülhün əldə olunması üçün PKK-ya dəfələrlə jest etdi, lakin qarşılığını görmədi.

BAKI, 27 iyul – Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar vilayətinin rəhbəri Məsud Bərzani PKK terrorçularını sərt tənqid edərək Türkiyənin yanında olduqlarını bəyan edib.

“Türkiyə hökuməti sülhün əldə olunması üçün PKK-ya dəfələrlə öz jestini göstərdi, bu istiqamətdə irəliyə doğru addımlar atdı. Lakin təəssüflər olsun ki, PKK və onun siyasi qolu olan partiya bu imkandan düzgün istifadə etmədi.” — deyə Bərzani bildirib.

Məsud Bərzani əlavə edib ki, şiddət törədərək heç nəyə nail olmaq mümkün deyil.

İraq Kürdüstanı lideri sülh müzakirələrinin yenidən başlamasına ümidvar olduğunu da ifadə edib. 

 

54
Teqlər:
PKK, Məsud Bərzani, Kürdüstan lideri Məsud Bərzani, Kürdüstan, Kürdüstan Muxtar vilayəti