Stadler Rail Group

Avropa qatarları Gəncədə istehsal edəcək

9
(Yenilənib 13:11 27.07.2015)
Nadir Əzməmmədov: Yaxın gələcəkdə yataq tipli qatarlar istehsal edən zavodun tikintisinə başlanılacaq.

BAKI, 27 iyul – Sputnik. “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə əməkdaşlığı çərçivəsində Gəncədə yataq tipli qatarların istehsal edilməsinə başlayacaq.

Sputnik xəbər verir ki, məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib.

Onun sözlərinə görə, hazırda layihə üzərində işlər gedir. Yaxın gələcəkdə yataq tipli qatarlar istehsal edən zavodun tikintisinə başlanılacaq.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, yaxın gələcəkdə bu qatarlar qonşu ölkələrə də satıla bilər.  “Başlanğıcda bu qatarlar respublikanın təminatını ödəyəcək, yaxın gələcəkdə isə digər qonşu ölkələrə belə qatarların satışını həyata keçirəcəyik.” — deyə Əzməmmədov bildirib.

Əzməmmədov zavodun tikintisi üçün kreditlərin cəlb edilməsini də istisna etməyib: “QSC rəhbərliyinin apardığı danışıqların yekununda biz zavodun tikintisi üçün lazım olan maliyyə qaynağının mənbəyini açıqlayacağıq.”

9
Teqlər:
qatarların alınması, Gəncədə yataq tipli qatarların istehsal edilməsi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dəmir Yolları, Stadler Rail Group, Gəncə, Azərbaycan