NATO-nun baş katibi Jens Stoltenberq

NATO Türkiyəyə görə təcili iclas çağırıb

76
(Yenilənib 12:24 27.07.2015)
NATO-nun baş katibi Jens Stoltenberq: Masada bütün mümkün variantlar müzakirə ediləcək.

BAKI, 27 iyul – Sputnik. Son vaxtlar ölkədə artan İŞİD və PKK terroru, Türkiyəni təxirəsalınmaz addımlar atmağa məcbur edib. Bu səbəbdən rəsmi Ankara NATO-nu təcili toplantıya çağırıb. 28 müttəfiq ölkənin səfirləri sabah Belçikanın paytaxtı Brüsseldə bir araya gələcəklər. 

NATO-nun baş katibi Jens Stoltenberq jurnalistlərə verdiyi açıqlamada, məsələnin çox ciddi olduğunu və yığıncaqda hər cür qərarın verilə biləcəyini deyib.

“Təcili toplantı qərarı NATO-nun ən vacib müttəfiqlərindən olan Türkiyədən gəldi. Bu ölkədə vəziyyət getdikcə mürəkkəbləşir. Ona görə də sabahkı yığıncaqda yeni qərarlar verilə bilər. Masada bütün mümkün variantlar müzakirə ediləcək”- deyə baş katib vurğulayıb.


76