Kristina Braun

Uitni Hyustonun qızı ölüb

1 / 2
63
(Yenilənib 12:03 27.07.2015)
3 il öncə vəfat edən, altı dəfə Qremmi mükafatına layiq görülmüş məşhur amerikalı müğənni Uitni Hyustonun qızı Kristina Braun dünən dünyasını dəyişib.

BAKI, 27 iyul – Sputnik. 2012-ci ildə dünyasını dəyişmiş, altı dəfə Qremmi mükafatına layiq görülmüş məşhur amerikalı müğənni Uitni Hyustonun (Whitney Houston) qızı Kristina Braun dünən dünyasını dəyişib. 

22 yaşlı Kristina Braun 31 yanvar tarixində Atlantadakı evində vannanın içində huşunu itirmiş halda tapılıb xəstəxanaya yerləşdirilmişdi. Anası və atası kimi müğənni olan Braunun beynində qısa müddət öncə zədə əmələ gəldiyi qeyd edilmişdi.

Onun anası Uitni Hyuston da 11 fevral 2012-ci ildə “Beverly Hill”də qaldığı otel otağının vannasında ölü vəziyyətdə tapılmışdı. Narkotik qəbul etdikdən sonra Hyuston üzü üstə düşərək təsadüfən boğulmuşdu.

Hyuston öz vəsiyyətində bütün sərvətini qızı Kristina Brauna vermişdi.

Uitni Hyuston "The Bodyguard" (Cangüdən) filmindəki "I Will Always Love You" (Səni həmişə sevəcəyəm) mahnısı ilə milyonlarla insanın könlünə yol tapmışdı. 


63
Teqlər:
Uitni Hyustonun qızı, Whitney Houston, Uitni Hyuston, Kristina Braun