CEO Nevzat Aydın

Türk şirkət rəhbəri işçilərinə 27 milyon dollar paylayıb

567
(Yenilənib 11:32 27.07.2015)
Nevzat Aydın: Əgər şirkətimiz uğur qazanıbsa, biz bunu işçilərimizə borcluyuq.

BAKI, 27 iyul – Sputnik. Türkiyədə onlayn yemək sifarişi ilə məşğul olan, ölkənin 81 vilayətində təmsilçiliyi olan CEO Nevzat Aydın şirkətinin rəhbəri olan Nevzat Aydın işçilərinə 27 milyon dollar paylayıb.

Qeyd edək ki, həmin şirkət Türkiyədə onlayn sifarişlə məşğul olan ən böyük şirkətdir. 

Türkiyənin Hürriyət qəzetinə müsahibə verən Aydın atdığı addımdan sonra digər şirkət rəhbərlərinin ona nifrət etdiyini söyləyib. 

“Əlbəttə, atdığımız bu addım digər patronları (şirkət rəhbərlərini) haqlı olaraq narahat edib. Ancaq içimdən bunu etmək gəldi və mən də etdim” — deyə Aydın qeyd edib. 

Onlayn yemək sifarişi ilə məşğul olan CEO şirkətinin təsisçisi Nevzat Aydın daha sonra əlavə edib: “Əgər şirkətimiz uğur qazanıbsa, biz bunu işçilərimizə borcluyuq. Bu xəbəri onlara deyəndə, ilk öncə inanmadılar, bir çoxu hönkürərək ağladı. Bəziləri də öz sevincini qışqıraraq qeyd etdi. Onları belə sevindirmək bizi də çox xoşbəxt edir. Kaş ki daha çoxunu edə bilsək” 


567
Teqlər:
Nevzat Aydın, Türkiyə