Qəbələ Musiqi Festivalı

İtaliya Simfonik Orkestri Qəbələdə konsert verib

580
(Yenilənib 00:18 27.07.2015)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da İtaliya Simfonik Orkestrinin konserti olub.

Bakı, 26 iyul — Sputnik. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 26-da İtaliya Simfonik Orkestrinin növbəti möhtəşəm konserti olub.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, xalq artisti Rauf Abdullayevin idarə etdiyi konsertdə bəstəkarlar- G.Verdi, L.Bethoven, F.Şopen, P.Sarasaten və S.Rahmaninovun əsərləri səsləndirilib. Ümumilikdə 800-ə yaxın tamaşaçının iştirak etdiyi gecədə İtaliya Simfonik Orkestri ilə yanaşı, Azərbaycan musiqiçiləri Nərmin Nəcəfli (piano), Kamran Omarlı (violin), Toğrul Hüseynli (piano), gürcüstanlı Elisso Bolkvadzenin (piano) çıxışı da maraqla qarşılanıb.

30 ildən çoxdur fəaliyyət göstərən İtaliya Simfonik Orkestri dünyanın ən möhtəşəm musiqi kollektivlərindəndir.

580