Проверка боеготовности сил ПВО Азербайджана

Nazirin əmrilə HHMQ döyüş hazırlığı vəziyyətinə gətirilib

360
(Yenilənib 23:42 26.07.2015)
Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Bakı, 26 iyul — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilərək onların döyüşə hazırlığı yoxlanılıb.

Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, təlim-döyüş tapşırığının yerinə yetirilməsi düşmənin təyyarə, helikopter, PUA, o cümlədən onun silahlanmasında olan və perspektivdə ola biləcək ballistik və qanadlı raketlərinin məhv edilməsi üçün nəzərdə tutulan “Buk-MB” tipli zenit-raket komplekslərinin müxtəlif rejimlərdə istifadəsinin yoxlanılması ilə həyata keçirilib.

Tapşırığın yerinə yetirilməsi zamanı şərti düşmənin hava hədəfləri imitatorları aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

360