Mobil telefonlar

Rusiyada daha bir mobil rabitə operatoru işə başlayacaq

22
(Yenilənib 17:56 26.07.2015)
Gələcək operatorun fəaliyyəti birbaşa iş adamı Yevgeni Roytmana məxsus olan strukturlardan asılıdır.

BAKI, 26 iyul — Sputnik. Rusiyada gələn ildən etibarən daha bir mobil operator işə başlayacaq.

Novoteka-nın məlumatına görə, gələcək operatorun fəaliyyəti birbaşa iş adamı Yevgeni Roytmana məxsus olan strukturlardan asılıdır.

Yeni şəbəkə 1900-1920 MHz LTE-tezlikləri əsasında işləyəcək. Abunələrə həmçinin VoLTE və VoWiFi texnologiyaları üzərindən səsli xidmətlər göstəriləcək.

Operator səsli xidmətlərin göstərilməsi üçün icazəni 2016-ci ildə əldə edəcək. 

22