Askeri uçak

Türkiyə hərbi təyyarələri İŞİD-in mövqelərini bombardman edib

535
(Yenilənib 10:32 24.07.2015)
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr bombardman zamanı Suriya hava məkanına keçməyib və İŞİD hədəfləri Türkiyə ərazisindən vurulub.

BAKI, 24 iyul — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İŞİD-in Suriya ərazisindəki mövqelərini bombardman edib.

Sputnik-in məlumatına görə, dünən Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində “İŞİD” terrorçularının atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun həlak olması və 2 əsgərin yaralanmasından sonra Türkiyə terror qruplaşmasına qarşı əks zərbələr endirməyə qərar verib.

İyulun 24-də isə yerli vaxtla saat 03.12-də Diyarbəkirdəki hərbi aerodromdan havaya qalxan 3 ədəd “F-16” təyyarəsi saat 03.40 – 03.53 arasında Suriyada İŞİD-ə aid 3 hədəfi bombalayıb. Əməliyyatla bağlı Türkiyə hökuməti rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, hərbi təyyarələr tərəfindən Suriya ərazisində daha əvvəl müəyyənləşdirilmiş hədəflərə — İŞİD-in 2 qərargahı və 1 toplanış məntəqəsinə lazer tuşlayıcısı olan 4 raket atılıb. Təyyarələr daha sonra bazaya qayıdıb. “Türkiyə Cümhuriyyəti dövləti öz milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməkdə qərarlıdır. Hökumət və müvafiq qurumlar ictimaiyyəti ardıcıl olaraq məlumatlandırmağa davam edəcək”, — deyə hökumətin açıqlamasında qeyd olunub. 

İŞİD-çilərin hücumu nəticəsində həlak olan əsgər Yalçın Nanənin şərəfinə "Şəhid Yalçın" adı verilən əməliyyat terror qruplaşmasının Türkiyə sərhədi yaxınlığında qüvvə cəmləşdirməyə başladığı barədə məlumat əldə edildikdən sonra başlayıb. Təyyarələr bombardman zamanı Suriya hava məkanına keçməyib və İŞİD hədəfləri Türkiyə ərazisindən vurulub. Əməliyyat barədə “İŞİD”ə qarşı qurulan beynəlxalq koalisiyadakı müttəfiq dövlətlərə məlumat verilib.

535
Teqlər:
F-16 təyyarəsi, F-16, İŞİD terrorçuları, İŞİD, Türkiyə Hərbi Hava Qüvvələri, Suriya, Türkiyə
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

380
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

380
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9