Azərbaycan XİN

Sabiq əməkdaşı Azərbaycan XİN-i məhkəməyə verib

6
(Yenilənib 10:35 23.07.2015)
Sevinc Bayramovanın işinə bu dəfə Ali Məhkəmə baxacaq

BAKI, 23 iyul — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) işdən çıxarılan xanım əməkdaşı nazirliyi məhkəməyə verib.

Sputnik Report-a istinadən xəbər verir ki, Sevinc Bayramova 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək özü ilə bağlı işdən çıxarılma əmrinin etibarsız hesab edilməsi barədə qərar verilməsini xahiş edib. Məhkəmə iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlayıb.

İşə Azərbaycan Ali Məhkəməsində baxılacaq.

6
Teqlər:
XİN məhkəmə, nazirliyi məhkəməyə verdi, Azərbaycan Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, XİN, Xarici İşlər Nazirliyi, Azərbaycan
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

2
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

2
Teqlər:
neft, OPEK, OPEC
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

16
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

16