Erdoğan və Barack Obama

ABŞ Türkiyə prezidentləri Suriya məsələsində razılığa gəliblər

32
(Yenilənib 10:19 23.07.2015)
Barak Obama və Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılıq əldə ediblər.

BAKI, 23 iyul — Sputnik. ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılığa gəliblər.

Sputnik “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev-in rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, prezident Obama ABŞ-ın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiqliyini təsdiqləyib.  

“Tərəflər bu və digər regional məsələlər üzrə sıx əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər” — deyə məlumatda bildirilir. 

32
Teqlər:
Ağ ev, Obama, Barak Obama, Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, Suriya, ABŞ