Qarabağ futbol klubu

"Qarabağ" qalib gəldi

719
(Yenilənib 02:02 23.07.2015)
Monteneqronun "Rudar" komandası ilə cavab görüşü keçirən "Qarabağ" səfərdə rəqibini 1:0 hesabı ilə yenib.

BAKI, 23 iyul — Sputnik. Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro təmsilçisi “Rudar”la cavab oyununda rəqibinə 1:0 hesabı ilə qalib gəlib. 

Sputnik xəbər verir ki, öz meydanında keçirilən ilk görüşdə qolsuz heç-heçəyə imza atan Ağdam klubu bu dəfə səfərdə rəqibi ilə münasibətlərə aydınlıq gətirib.

İlk oyundan mübarizəni dayandırmamaq üçün Qurban Qurbanovun yetirmələri evdə edə bilmədiyini səfərdə bacarıb və ötən mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində iştirak etmiş çempion bu dəfə “Rudar” səddini aşıb.

Oyunda yeganə qolu 56-cı dəqiqədə "Qarabağ"-ın oyunçusu Reynaldo vurub. Beləliklə də, "Qarabağ" növbəti mərhələyə yüksəlib. 

Oyunun baş hakimi Georgi Kabakov, yan xətt hakimləri isə Martin Marqaritov, Martin Venev olub. 

“Rudar”ın heyəti: 1. Miloş Radanoviç, 3. Corce Curiç, 11. Duşan Nesteroviç, 15. Jivkoviç, 16. Miroye İovanoviç, 17. Mirko Radisiç, 9. İvan Knejeviç, 14. Predraq Brnoviç, 20. Nedelko Blaxoviç, 8. Marko Vukoviç (18. Reyliç77), 10. İqor İvanoviç

Ehtiyat oyunçular: 12. Marko Lazaroviç, 4. Vladan Qordiç, 7. Jelika Tomaşeviç, 13. Miliya Qoluboviç, 2. Alfons Soppo, 18. Stefan Relyiç, 6. Deyan Damyanoviç

Baş məşqçi: Mirko Mariç

“Qarabağ”ın heyəti: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 64), 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui (77. Cavid Tağıyev, 56), 91. Coşqun Diniyev (11. Elvin Məmmədov, 79)

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 77. Cavid Tağıyev, 29. Raydel Pupon

Baş məşqçi: Qurban Qurbanov

719
Teqlər:
futbol, Qarabağ, Qarabağ futbol klubu
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-dan daha 41 nəfər vəfat edib

0
(Yenilənib 15:05 01.12.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

0
ARDNF

ARDNF bu il valyuta satışını 16,6% artırıb

2
(Yenilənib 14:46 01.12.2020)
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən noyabr ayı ərzində valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Sputnik Azərbaycan-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 6665,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 16,6% çoxdur.

2
Teqlər:
vəsait, ABŞ dolları, Azərbaycan Respublikası Dövlət Neft Fondu, valyuta