Miqrantlar

Avropa ölkələri suriyalı miqrantları qəbul etməkdən imtina ediblər

738
(Yenilənib 10:30 22.07.2015)
Avstriya, Macarıstan, Bolqarıstan, İspaniya, Portuqaliya, Böyük Britaniya və Danimarka miqrantları rədd edən ölkələr sırasındadır.

BAKI, 22 iyul — Sputnik. Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri bu ilin iyununda keçirilən Brüssel görüşündə 60 min qaçqının hamısının yerləşdirilməsi barədə razılığa gələ bilməyiblər. 

Sputnik-in məlumatına görə, Aİ Şurasının mətbuat xidməti “Twitter” səhifəsində yazıb ki, birləşmiş Avropa ölkələrinin yaxın iki ildə qəbul edəcəyi 54 760 miqrantın taleyi barədə qərar qəbul edilib.

DPA-nın məlumatına görə, söhbət Suriya sərhədinin yaxınlığındakı düşərgədə yaşayan 22504 qaçqından gedir. Hazırda İtaliya və Yunanıstan ərazilərində 32256 miqrant var. Ən böyük problemi də məhz bunlar yaradıb.

Agentlik diplomatik mənbələrə istinadən bildirir ki, Avstriya və Macarıstan Aİ-nin Aralıq dənizi sahillərində yerləşən ölkələrinə gələn miqrantları qəbul etməkdən boyun qaçırıblar. Bolqarıstan, İspaniya və Portuqaliya nəzərdə tutulan qədər qaçqın qəbul etməyiblər, Böyük Britaniya və Danimarka isə müstəsna qaydada bu proqrama qoşulmayıb. Təqribən 8 min miqrantın taleyi hələ də sual altındadır. Hazırda Aİ-yə sədrlik edən Lüksemburqun nümayəndəsi deyib ki, ilin sonunadək məsələ ilə bağlı əlavə səylər göstərmək lazımdır.

738
Teqlər:
Avropa İttifaqının ətbuat xidməti, , Avropa İttifaqı, Brüssel
Mövzu:
Avropada mühacir böhranı (13)
Azərbaycan manatı, arxiv şəkli

Kim hökumətdən qədər alıb?

12
(Yenilənib 00:01 03.06.2020)
İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,36 milyon manat təşkil edir.

BAKI, 2 iyun — Sputnik. Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, mayın 31-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 min 56 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 112 min 565 fərdi (mikro) sahibkar, cəmi 140 min 621 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 257 min 522 işçini əhatə edən 28 min 56 vergiödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,36 milyon manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 131 vergiödəyicisinə 201 min 250 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 77,54 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 112 min 565 vergiödəyicisindən müraciət daxil olub, 105 min 173 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 60,2 milyon manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 57,71 milyon manat vəsaitin 99 min 603 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin "195" Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

12
Əlaqədar
“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıldı
Ünvanlı sosial yardımın verilmə müddəti endirildi
Nazirlik utanc damarına basmağa qərar verdi - FOTO
Bu ödənişi alanların 600 minə qədərini uşaqlar təşkil edir
Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq olunacaq
Bakubus avtobusu, arxiv şəkli

Havamızı tək karantin təmizləməyib

6
(Yenilənib 22:08 02.06.2020)
Bu avtobuslar sıxlaşdırılmış təbii qazla çalışdığı üçün onlar daha təmiz yanacaqdan istifadə etmiş hesab edilirlər və nəticə etibarilə hava çirklənməsi ilə mübarizədə mühüm rola malikdirlər.

BAKI, 2 iyun — Sputnik. Bakıda sıxlaşdırılmış qazla (CNG) işləyən avtobusların sayı açıqlanıb. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” MMC tərəfindən paytaxtımızda 603 CNG avtobusu fəaliyyət göstərir: "Bakıda daha iki (11 və 30 nömrəli) müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları artıq yeni Avro 6 standartlarına cavab verən CNG avtobusları ilə həyata keçirilir. Sevindirici haldır ki, şəhərimizdə köhnə dizel avtobuslarından dayanıqlı alternativlərə keçməklə iqlim neytrallığına nail olmaq istiqamətində mühüm addımlar atılır. Bu avtobuslar sıxlaşdırılmış təbii qazla çalışdığı üçün onlar daha təmiz yanacaqdan istifadə etmiş hesab edilirlər və nəticə etibarilə hava çirklənməsi ilə mübarizədə mühüm rola malikdirlər. Eyni zamanda səssiz olmaları səs çirklənməsinə də öz mühüm töhfəsini verməkdədir".

6
Əlaqədar
"Daewoo" avtobuslarını xətdən çıxardılar, əvəzinə 12 metrlik işləyəcək
Paytaxtda daha bir marşrut xətti “BakuBus”a verilib
Sükan arxasında siqaret çəkən avtobus sürücülərinin sayı açıqlandı
Bakıda ekspress marşrutlar dayandırılır