Hovuzda kişi meyidi

Hollivud ulduzunun hovuzunda kişi meyidi tapılıb

205
(Yenilənib 14:37 20.07.2015)
Ziyafət gecəsi Demi Murun hovuzunda üzən qonağın yuxulu olması səbəbindən batdığı güman edilir.

BAKI, 20 iyul — Sputnik. Polis Hollivud ulduzu Demi Murun evindəki hovuzdan 21 yaşlı kişi meyiti tapıb. 

Sputnik xəbər verir ki, bu barədə ABŞ mediası Los Anceles polisi Mayk Lopezə istinadən məlumat yayıb. 

Деми Мур
© Flickr /
Деми Мур

Şənbə günü gecə Hollivud ulduzunun evində ziyafət olub. Bu barədə mühafizə xidmətinə qonşular xəbər veriblər. Onların şahidliyinə görə, Demi Mur və onun keçmiş əri, Amerikanın məşhur aktyoru Bryus Uillisin birgə uşaqları ilk dəfə deyil ki, belə hay-küylü ziyafətlər təşkil edirlər.

Başqa bi məlumata görə meyit tapılanda ev sahibi və uşaqları evdə olmayıb.     

Ölənin kimliyi aşkarlansa da, hələlik adı ictimaiyyətə açıqlanmayıb. O, ziyafət gecəsi aktrisanın evinə qonaq gələn altı adamdan biri olub. 

İstirahət günü Demi Mur və uşaqları evdə olmadığından dostlar üçün ziyafəti aktrisanın köməkçilərdən biri təşkil edib. Polisin ehtimalına görə, ziyafət iştirakçıları hovuzda üzüblər və qaranlıqda bir nəfərin batdığını fərq etməyiblər, ola bilər ki, batan adam sadəcə yuxulayıb. "Bu faciəli təsadüfə oxşayır" — deyə Lopez bildirib. 

Polis kişinin ölümündə narkotik və ya alkoqolun qəbulunun rolu olub-olmadığını araşdırır. 

Demi Mur Beverli-Hills-dəki evini 2003-cü ildə alıb. 1950-ci ildə tikilən bu bina sonralar böyüdülüb. Binaya Murun uşaqları üçün altı yataq otağı əlavə edilib. Mülkün sahəsi 620 kv metrdir.Ev meşəliklərlə əhatə olunmuş yaylada yerləşir. 

205
Teqlər:
Hollivud, Los-Anceles